Icma.az
close
up
RU
Rayonlarda distant təhsil BAŞLAYIR

Rayonlarda distant təhsil BAŞLAYIR

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Rayon məktəblərində distant təhsil modeli sınaqdan keçirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, ölkə üzrə şagird sayı az olan yüzdən artıq məktəb mövcuddur və bu təhsil müəssisələrində distant təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, distant təhsil artıq Lənkəran–Astara regionundakı bir neçə məktəbdə pilot layihə kimi test edilib və ilkin nəticələr qənaətbəxş hesab olunur: “Hazırda proses pilot layihə çərçivəsində test mərhələsindədir”, – deyə V.Yaqublu qeyd edib.
Bununla belə, yeni tədris modeli cəmiyyətdə birmənalı qarşılanmır. İnfrastrukturun yetərliliyi, internetin keyfiyyəti, şagirdlərin onlayn dərslərə adaptasiyası və distant təhsilin real effektivliyi ilə bağlı suallar açıq qalır. Maraqlıdır, bölgə məktəblərində distant təhsilin uğurla tətbiqi üçün doğrudanmı yetərli hazırlıq aparılıb?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirib ki, distant təhsillə bağlı qərar təhsil müəssisələrinin optimallaşdırılması məqsədi ilə verilib:
“Bizim ölkədə distant təhsil ali təhsil istiqamətində tanınmır.
Amma təhsil haqqında qanunvericilikdə həm distant, həm əyani, həm də qiyabi təhsil təsbit olunub. Ali təhsildə ona görə tanınmır ki, əvvəlki dövrlərdə saxta diplom əldə etmə halları olmuşdu. Orta məktəblərdə isə distant təhsil qəbul olunandır. Çünki ucqar kənd məktəblərində müəllim çatışmazlığı var və şagird sayı azdır. Belə təhsil müəssisələrində distant təhsil artıq yaranıb və idarə olunur.
 

Bizim bölgələrdə elə məktəblər var ki, orada şagird sayı 20 nəfərdən azdır. Auditoriyalara daxil olduqda dərsdə 2 və ya 3 şagird olur. Elə sinif var ki, orada 1 şagird təhsil alır. Bu da dərslərin effektivliyinə ciddi təsir göstərir. Biz bunu xüsusi ilə yuxarı sinif şagirlərinin dərslərində hiss edirik.


Məsələn, sinifdə bir şagird olur deyə kimya müəllimi dərsə gəlib ona təhsil vermək istəmir. Yaxud da dərs saatı az olduğuna görə vacant yerlərin seçimində iştirak etmir. Həmin fənlərin dərsləri boş qalır. Bütün bunları nəzərə alıb qərar verildi ki, optimallaşdırma aparılsın. Nəticə etibarı ilə şagirdlər yenə də məktəbə gələcəklər, sadəcə olaraq, onlar bir neçə məktəbin şagirdi ilə birgə distant formada dərsə qoşulacaqlar”.
Ekspert bildirir ki, distant təhsilə qoşulan hər bir şagirdə kompyuter verilib:
“Eyni zamanda həmin məktəblər sürətli internetlə təmin olunublar. Nəzərdə tutulur ki, növbəti illərdə digər məktəblər haqqında da belə bir qərar verilsin. Bu təhsil müəssisələrində işıq, internet problemi olmayacaq. Bunun üçün qurumlar və nazirlik birgə işləyir. Rayonlarda distant təhsilin səmərəliliyi müsbət dəyərləndirilir. Uşaqlar bu layihə ilə daha da sosiallaşırlar. Çünki distant təhsilə qədər əgər sinifdə bir şagird olurdusa və o, dərsə tək qatılırdısa, indi isə dərsə qoşulanda xeyli sayda şagird olur. 10-15 nəfərlik müvafiq auditoriya formalaşır”.
E. Əfəndi bildirir ki, bu qərara qədər müxtəlif variantlar nəzərdən keçirilib:
 

“İlk olaraq belə bir təklif səsləndi ki, şagirdlərin daşınması üçün servis xidməti təşkil edilsin. Yəni, müvafiq nəqliyyat vasitəsi təşkil edilsin və həmin şagirdlər daşınsınlar. Lakin söhbət ucqar kəndlərdən getdiyi üçün bəzi hallarda o ərazilərə qar yağanda yollar bir müddət bağlanırdı. Yaxud da oraya yol yoxdur və gediş-gəliş məsələsi problemdir. Belə olan halda biz distant təhsilin olmasına olunmasına üstünlük verdik.


Bu layihə əsasən rayon məktəblərini əhatə edəcək. Bakıda isə inkluziv təhsil alanlara aid olacaq. Bəzən ailə müəllimin evə gəlməsini istəmir, yaxud da müəllim evə getməyə etiraz edir. Sağlamlıq imkanları məhdud olan şagirdlər belə çətinliklərlə üzləşirlər. Buna görə də qərara aldıq ki, onları distant təhsilə cəlb edək”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri