Icma.az
close
up
RU
Lənkəranda qurbanlıq heyvan satışı bazarından reportaj FOTO

Lənkəranda qurbanlıq heyvan satışı bazarından reportaj FOTO

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəran, 5 iyun, İlkin Adıyev, AZƏRTAC

Qurban bayramı yaxınlaşdıqca bölgələrdə, o cümlədən Lənkəranda qurbanlıq heyvanlara tələbat artır. Bayram ərəfəsində alıcılığın getdikcə yüksəlməsi heyvan bazarlarında canlanma yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda hər il bayram ərəfəsində şəhərin müxtəlif məkanlarında qurbanlıq heyvanların satışı üçün xüsusi məntəqələr təşkil olunur. Bu il də ənənə davam etdirilib və xırdabuynuzlu heyvanların satışına şərait yaradılıb.

Satıcı Valid Kazımzadə bildirir ki, bayram ərəfəsində bazarda canlanma hiss olunur, müştərilər arasında alıcılıq səviyyəsi kifayət qədər yüksəkdir: "Son günlər bazara gələnlərin sayı daha da çoxalıb. Hər kəs büdcəsinə uyğun qurbanlıq axtarır, maraqlanır, qiymətlərlə tanış olur. Ən çox satılan xırdabuynuzlu heyvandır. Qiymətlər də elə dəyişməyib, ötən illə müqayisədə cüzi artım var. Məsələn, ötən il 300 manata satdığım bir quzunu, bu il 330 manata təklif edirəm. Çünki yem, nəqliyyat və digər xərclər bir qədər artıb".

“Elə heyvanlarımız var ki, həm çəkisinə, həm də qiymətinə görə alıcılara sərfəlidir. Bazara gələnlərin çoxu boş qayıtmır. Hər kəs öz imkanına uyğun heyvan tapır. Əsas odur ki, alıcı razı getsin, bayram ovqatı pozulmasın”, - deyə Valid Kazımzadə əlavə edir.

Onun sözlərinə görə, bazarda alıcılıq daha da canlanacaq: "Ənənəvi olaraq, insanlar bayrama bir-iki gün qalmış daha çox bazara üz tutur. Ona görə də həm qiymət, həm də keyfiyyət baxımından vətəndaşlarımızı razı salmağa çalışırıq".

Alıcı Cavad Həbibov da qiymətlərdən və seçim imkanlarından razıdır: "Bayramqabağı bazarlarda heyvan çoxdur, seçim imkanları genişdir. İstər böyük, istərsə də xırdabuynuzlu heyvanlar hər zövqə və büdcəyə uyğundur. Hər il qurbanlıq alıram. Bu il də əvvəlcədən gəlmişik ki, heyvan seçək. Qiymətlərə gəlincə, cüzi artım var, amma bu, normaldır. Əsas odur ki, heyvan sağlam və keyfiyyətli olsun".

Cavad Həbibov deyir ki, bu cür satış məntəqələrinin vaxtında qurulması alıcılar üçün də əlverişli imkan yaradır. "Belə yerlərdə həm sıxlıq olmur, həm də axtardığını tapa bilirsən. Bayram öncəsi belə şəraitin yaradılması çox vacibdir", - deyə o bildirib.

Qeyd edək ki, Lənkəran bazarlarında satışa çıxarılan qurbanlıq heyvanlar əsasən Bərdə, Beyləqan və digər iri heyvandarlıq rayonlarından gətirilir. Bayram günü şəhər ərazisində - Lənkəran şəhər Məhəmməd Füzuli küçəsində mərkəzləşdirilmiş kəsim məntəqəsi fəaliyyət göstərəcək. Mütəxəssislər də vətəndaşlara sanitar-gigiyenik tələblərə uyğun olaraq məhz mərkəzləşdirilmiş kəsim məntəqəsinin xidmətlərindən istifadəni tövsiyə edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri