Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? REPORTAJ

Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? REPORTAJ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyəti ilə və Allahın adıyla kəsilən heyvana deyilir.

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

SİA mövzu ilə bağlı ekspertlərin və sakinlərin fikirlərini öyrənib.

İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov: "Bayramlardan biri Ramazan bayramıdır. Bu bayram orucluq ayı bitdikdən sonra qeyd olunur. Ramazan ayının sonunda tutulan orucların ardından, müsəlmanlar bu bayramı böyük sevinc və ruh yüksəkliyi ilə keçirirlər. Bu, orucluqdan sonra gələn böyük bir mənəvi rahatlama və birlik günüdür.

İkinci əsas bayram isə Qurban bayramıdır. Bu bayram Həcc mövsümünə təsadüf edir və İslamda çox böyük əhəmiyyətə malikdir. Qurban bayramında imkanlı insanlar qurbanlar kəsir, bu qurbanlar Allah rizası üçün edilir və ətləri imkansız insanlara paylanılır. Beləcə, cəmiyyətin zəif təbəqələri sevindirilir, birlik və mərhəmət ruhu güclənir.

Bu bayramda insanlar bir-birinə yaxınlaşır, paylaşma və yardımlaşma hissləri ön plana çıxır. İslam dininə görə imkanı olan hər bir müsəlmana qurban kəsmək tövsiyə olunur. Qurban Bayramı bu baxımdan yalnız dini ibadət deyil, həm də insani və sosial bir vəzifədir. İnsanlar bu gündə həm savab qazanır, həm də bir-birinə sevgi və diqqət göstərirlər.

Bu bayram Ramazan günlərindən fərqli olaraq, daha çox paylaşmaq və qurban kəsməklə yadda qalır. İslamda Qurban Bayramının çox böyük mənəvi və ictimai dəyəri var. Ona görə də bu gün xüsusi hörmət və ehtiramla qeyd olunur".

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "İnşallah, bu il də Qurban bayramı ayın 6-sı qeyd olunacaq. Dövlət səviyyəsində iki gün rəsmi bayram günü elan olunur. Amma şəriətə görə qurban kəsmək üçün üç gün vaxt var: ayın 6-sı, 7-si və 8-i. Yəni bu üç günün hər birində qurban kəsmək icazəlidir, burada heç bir maneə yoxdur.

Hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramı namazı qılınacaq. Hər məscid icması, imamlar camaatın gəlişinə uyğun olaraq namaz vaxtını tənzimləyə bilər. Bəzən namaz saat 8-də, bəzən isə 9-da qılınır. Bu, tamamilə məscid icmasının ixtiyarındadır. Bakı və ətraf kəndlərdə əksər məscidlərdə namaz adətən saat 9-da qılınır. Məsələn, Əjdərbəy məscidində (Göy Məscid), Heydər məscidində və digər böyük məscidlərdə camaatın sayına uyğun olaraq həm saat 8-də, həm də 9-da namaz qılmaq mümkündür.

Qurbanlıq heyvanlara gəlincə, ən azı xırda buynuzlu heyvan – qoyun, keçi və ya qoç kəsilə bilər. Əgər imkan varsa, ailə başçısı bir qurban kəssə daha gözəldir. Xırda buynuzlu heyvana şərik olmaq məsləhət görülmür. Ən yaxşısı, bir nəfər öz adından kəssin. Amma iri buynuzlu heyvana – inəyə, camışa, yaxud dəvəyə bir neçə nəfər şərik ola bilər. Məsələn, 5, 7 və ya daha çox insan, heyvanın çəkisinə görə ortaq ola bilər. Qurbanlıq heyvanın yaşı da vacib məsələdir. Xırda buynuzlu heyvanın yaşı ən az 8 ay olmalıdır, 1 yaş olsa daha yaxşıdır. İri buynuzlu heyvanın yaşı 1, ya da 2 yaş ola bilər. Dəvə isə ən azı 5 yaşında olmalıdır.

Qurban kəsmək Həccdə olanlar üçün vacibdir – bu İsmail qurbanıdır. Amma Həccə getməyən, bizim kimi vətəndə yaşayan müsəlmanlar üçün müstəhəb sayılır. Yəni imkan varsa, qurban kəsmək Allahın bəyəndiyi əməllərdəndir və böyük savabdır.

Kəsilən heyvanın əti 3 hissəyə bölünür:

• Bir hissə qurban kəsənin öz ailəsinə,

• Bir hissə yaxın qohumlara, qonşulara,

• Bir hissə isə imkansızlara verilir.

Əgər kəsən adamın özünün o ətə ehtiyacı yoxdursa, ətin hamısını ehtiyacı olanlara paylaya bilər. Bu daha fəzilətli, daha savab bir işdir. Paylama zamanı da diqqət olunmalıdır. Heyvanın müxtəlif bədən hissələrindən – məsələn, qol, bud, qabırğa və s. – hər paylanan şəxsə müxtəlif hissələrdən də ət verilsin. Ədalətli və mehriban yanaşma olsun.

Allah kəsilən bütün qurbanları qəbul etsin. İnşallah, hər birimizin duaları qəbul olunsun. Allah bizə hər il belə gözəl, bərəkətli bayramlar nəsib etsin. Amin!"

Qəssab Nadir Qarayev: "Qurban bayramı yaxınlaşır, amma qiymətlərdə ciddi bir dəyişiklik müşahidə olunmur. Hazırda quzu ətinin qiyməti 18,50–19 manat, dana ətinin qiyməti isə 15 manat 50 qəpik civarındadır. Alıcılıq qabiliyyəti isə çox zəifdir. Artıq 2-3 ildir ki, bu zəiflik davam edir. Qiymətlərin yüksəlməsi üçün alıcılıq qabiliyyəti olmalıdır, o da hazırda yoxdur. Əvvəllər Qurban bayramlarında hər gün 100 quzu, 2-3 dana kəsirdim. İndi isə cəmi 2-3 quzu kəsə bilirəm. Tələb çox aşağıdır".

Şəhər sakini İradə Məmmədova: "40 il müddətində müəllim kimi çalışmışam. Hazırda təqaüddəyəm. Ona görə də bu il də qurban kəsməyi çox istəyərdim, amma təxminən 10–12 il ərzində artıq kəsmişəm. Müəllim yoldaşlarımızla birlikdə yığışıb iribuynuzlu heyvan kəsirdik. Ehtiyacı olan ailələrin siyahısını tərtib edir, sonra isə ət paylarını onlara çatdırırdıq".

Şəhər sakini Fəxrəddin Əzizov: "Qurban bayramını çox gözəl keçiririk. Xırdabuynuzlu heyvanlar kəsirik və onları yeddi qonşuya, kasıb ailələrə paylayırıq. Allah bu ildə də bizə bol ruzi nəsib etsin ki, növbəti dəfə iribuynuzlu heyvan qurban kəsə bilək. Uca Allah bütün qurbanları qəbul etsin, onların içində bizim qurbanımızı da. Qurbanlıq ətindən təxminən 11–12 kiloqram özümüz götürürük, qalan hissəni isə ehtiyacı olan şəxslərə paylayırıq. Qurban yalnız bayram günləri ilə məhdudlaşmır. Bayramdan kənar zamanlarda da kasıb və ehtiyaclı ailələr üçün qurban kəsmək savab əməllərdən sayılır".

Şəhər sakini Olqa Rüstəmova: "Ümumiyyətlə, mən iki bayramı qeyd edirəm: biri Novruz bayramıdır, digəri isə Qurban bayramı. Qurban bayramı zamanı qohumlar bir araya gəlir, qurbanlıq üçün pul toplanır və ehtiyacı olan ailələrə paylanılır. Mənim atam azərbaycanlı, anam isə rusdur. Rusiyada da qurban kəsmək adəti var. Mən bu il iki bayram qeyd edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:672
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri