Icma.az
close
up
RU
Lənkəranda limon bağları şaxtalı havalardan necə mühafizə olunur? REPORTAJ FOTO

Lənkəranda limon bağları şaxtalı havalardan necə mühafizə olunur? REPORTAJ FOTO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran, 6 fevral, İlkin Adıyev, AZƏRTAC

Sitrusçuluğun geniş yayıldığı Lənkəran-Astara rayonlarında son günlər müşahidə olunan şaxtalı hava sitrus bağlarına mənfi təsir edib. Xüsusilə, daha çox gəlir əldə etmək ümidi ilə bəzi təsərrüfatçılar limon məhsulunu hələ də ağaclarda saxlayırlar ki, qiymətlər yüksələndə satsınlar. Lakin hava şəraitinin şaxtalı keçməsi məhsulun donvurma riskini artırır və fermerlərin daha ehtiyatlı davranmasını zəruri edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, lənkəranlı fermerlər qış mövsümündə limon ağaclarını və meyvələrini qorumaq üçün əsasən polietilen örtüklərdən istifadə edirlər. Lakin bu örtüklər yalnız müəyyən şaxta dərəcəsinə qədər təsirli olur. Temperatur daha da aşağı düşdükdə isə əlavə qoruyucu tədbirlərə ehtiyac yaranır. Bu tədbirlər arasında süni qızdırıcıların istifadəsi, dumanlama üsulu və ya xüsusi izolyasiya materialları ilə ağacların örtülməsi kimi metodlar yer alır.

Lənkəranlı fermer Mürsəl Ağayevin sözlərinə görə, sitrus növlərinin ağacları təxminən 5-7 dərəcə şaxtaya tab gətirə bilir. Lakin sitrus meyvələrinin özləri daha həssas olduğu üçün temperaturun -1 dərəcədən aşağı düşməsi onların zədələnməsinə və məhv olmasına gətirib çıxara bilər. Bu, xüsusilə limon, portağal və naringi kimi meyvələr üçün ciddi təhlükə yaradır. Çünki meyvələr donduqda həm dad keyfiyyətini itirir, həm də bazar dəyəri kəskin şəkildə aşağı düşür. Ona görə də təsərrüfatçılara ehtiyat tədbirlər görmələri, sitrus ağaclarını mümkün qədər qorumaq üçün müxtəlif üsullardan istifadə etmələri tövsiyə olunur.

“Bizim ən çox tətbiq etdiyimiz üsullardan biri ikiqat örtüklərdən istifadə etməklə istixanaların yaradılmasıdır. Bu örtüklər əsasən polietilen və ya xüsusi izolyasiya materiallarından hazırlanır və ağacların üzərinə çəkilir. İkiqat örtük istifadəsinin əsas üstünlüyü örtüklərin arasında hava təbəqəsi yaratmasıdır. Bu hava təbəqəsi istilik izolyasiyası funksiyasını yerinə yetirir və şaxtanın içəri keçməsinin qarşısını alır. Beləliklə, bu cür qoruyucu tədbirlər sayəsində ağaclar və meyvələr təxminən 6-7 dərəcə şaxtaya davamlı olur. Lakin temperatur daha da aşağı düşdükdə, yəni -7 dərəcədən aşağı qeydə alındıqda, artıq bu örtüklər də kifayət etmir. Belə vəziyyətlərdə təcrübəli fermerlər əlavə qoruyucu vasitələrdən istifadə etməli olurlar. Məsələn, bəzi təsərrüfat sahibləri bağlarda süni istilik mənbələri quraşdırır, bəziləri isə dumanlama üsuluna müraciət edir. Dumanlama üsulu bağın içində müəyyən qədər isti hava qatının yaranmasına kömək edir və şaxtanın təsirini azaldır. Həmçinin bəzi fermerlər torpaq səthinə üzvi materiallar, məsələn, saman və ya xüsusi qoruyucu örtüklər səpərək, köklərin şaxtadan qorunmasını təmin edirlər”, – deyə Mürsəl Ağayev bildirir.

Lənkəranlı fermerlər alıcılara keyfiyyətli limon seçmək üçün bəzi tövsiyələr də veriblər. Onların sözlərinə görə, bazardan və ya təsərrüfatlardan limon alarkən diqqətli olmaq vacibdir. Alıcılar bazardan limon alarkən onun yerli və təbii olmasına fikir verməlidirlər. Lənkəran və Astara limonları keyfiyyət və dad baxımından üstündür. Hərçənd ki, bazarlarda xaricdən gətirilən limon da kifayət qədərdir.

“İlk növbədə, limonun xarici görünüşünə baxmaq lazımdır, tam yetişmiş limon parlaq sarı rəngdə olur. Əgər yaşıla çalırsa, hələ tam yetişməyib. Üzərində qaralmış ləkələr və ya yumşaq hissələr varsa, bu, meyvənin xarab olduğunu göstərir. Əgər eyni ölçüdə olan iki limondan biri digəri ilə müqayisədə daha ağırdırsa, bu o deməkdir ki, həmin limonun içində daha çox su var. Yüngül limonlar isə adətən quru olur. Əgər limonun qabığı çox qalındırsa, onun içində su azdır. Ancaq qalın qabıqlı limonlar efir yağları baxımından daha zəngindir və əsasən mürəbbə və rəndələmə üçün istifadə olunur”, – deyə lənkəranlı fermerlər bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri