Lənkəranda Vinq Çun üzrə ölkə birinciliyi və çempionatı keçirilir
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi, Azərbaycan Vinq Çun Federasiyasının təşkilatçılığı ilə Vinq Çun üzrə növbəti ölkə birinciliyi və çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, çempionat yeniyetmələr, gənclər və böyüklər arasında “Vinq Çun Kontakt” və “Vinq Çun Taolu” kateqoriyaları üzrə baş tutub.
Yarışlarda federasiyanın nəzdində fəaliyyət göstərən klubları təmsil edən 250-dən artıq idmançı iştirak edir.
Yarışın yekun nəticələrinə əsasən ilk üç pillədə qərarlaşan idmançılar Azərbaycan milli yığma komandasının heyətinə daxil ediləcəklər.
Qalib komanda və fərdi idmançılar kateqoriyaya uyğun qızıl, gümüş və bürünc medallarla, diplomlar təqdim olunacaq.
Füzuli, Qax, Zaqatala, Lənkəran, Astara, Cəlilabad və Bakı şəhərlərindən olan idmançılar öz güclərini sınayır. Kişı idmançılarla yanaşı xanımlar da “Vinq Çun Kontakt” və “Vinq Çun Taolu” kateqoriyaları üzrə yarışda iştirak edirlər.
Qeyd edək ki, milli komandamız 22–27 iyul tarixlərində Çin Xalq Respublikasında keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.
Topuria Qetciyə hədə-qorxu gəldi: “Onu məhv edəcəm və atasına yaxınlaşıb...” Ağ Evdən Bakıya uzanan UFC həyəcanı Nazim Sadıxov: “Yalnız zirvə üçün çalışıram” Şarabutdin Maqomedov: “Mən Xəzər dənizinin piratıyam” Azərbaycan kikboksçularından Dünya Kubokunda 32 medal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 İyun 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















