Icma.az
close
up
RU
Lənkəranın şair oğluna sevgi və ehtiram

Lənkəranın şair oğluna sevgi və ehtiram

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran Bölməsi, Lənkəran Şəhər Heydər Əliyev Mərkəzi və "Söz" jurnalı redaksiya heyətinin birgə təşkilatçılığı ilə unudulmaz şair Şəkər Aslanın 90 illik yubileyi qeyd olunub.

"Söz" jurnalının baş redaktoru Sevda Əlibəyli Şəkər Aslanın həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək deyib ki, Lənkəranın Boladi kəndində anadan olan, M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunu bitirən, uzun müddət Lənkəran rayon qəzeti və "Söz" jurnalının baş redaktoru işləyən, ömrünün son illərində AYB Lənkəran bölməsinə rəhbərlik edən Şəkər Aslan poeziyasevərlərin həvəslə oxuduğu istedadlı şairlərdən olub. Xalq şairi Nəbi Xəzrinin “Uğurlu yol”u ilə ədəbiyyata gələn Şəkər Aslan Xalq şairi Məmməd Arazın onun haqqında dediyi "Sən bölgə şairi deyil, ölkə şairisən", - sözlərini doğruldub.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli Şəkər Aslanın Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən danışıb, sonetlər çələngi yazmaq ənənəsinin bu gün də davam etdirildiyini bildirib. AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli bölgədə ədəbi mühitin inkişaf etdirilməsində Şəkər Aslanın xüsusi rolu olduğunu qeyd edib. Onun yaradıcı insanlara göstərdiyi qayğıdan, xeyirxah ziyalı olduğundan bəhs edib. Xalq şairi Sabir Rüstəmxanlı, poliqrafçı-alim Şəddat Cəfərov, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, "Aşkarlıq" qəzetinin baş redaktoru, yazıçı-publisist Hacı Etibar Əhədov Şəkər Aslan haqqında xatirələrini bölüşüblər. Şairlərdən Xudaverdi Cavadov, Ağamir Cavad, Əhməd Haqsevər, Ofelya Nəzərova şair haqqında xatirələrini danışıb, ona həsr etdikləri şeirlərini oxuyublar.

Sonda Şəkər Aslanın qızı Aytel Aslanova tədbirin təşkilatçılarına, atası haqqında xoş söz deyən çıxışçılara və tədbirin bütün iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.

Tədbirin ertəsi günü Lənkəran ziyalılarının bir qrupu və Boladi kəndinin ziyalıları Şəkər Aslanın məzarını ziyarət edib, şairin xoş xatirələrdə yaşadığı, adının daim ehtiramla anıldığı vurğulanıb. Boladi kənd 2 saylı məktəbin gənc qiraətçiləri şairin şeirlərini səsləndiriblər.

Ə.ƏLİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri