Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Lənkəranın “qızılı mövsümü”

Lənkəranın “qızılı mövsümü”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni bağlar, ənənəvi məhsullar

“Bağa baxarsan, bağ olar, baxmasan dağ” məşhur kəlamını ta qədimdən ata-babalarımız deyib. Lənkəran rayonunun səfalı İstisu qəsəbəsində yerləşən “Sitrus Valley” fermer təsərrüfatının ərazisi vaxtilə cəngəlliyi xatırladırdı. İxtisasca müəllim olan Rəftarə Şükürova dövlətimizin dəstəyi ilə bu baxımsız, kol-kos basmış torpaqda indi gözəlliyi gözoxşayan meyvə bağı salıb. Nizamla, müasir aqrotexniki qaydalara uyğun olaraq 6 hektar sahədə feyxoa, 3,5 hektarda kivi, 4 hektarda naringi, portağal, limon, 0,3 hektarda kinkan ağacları əkib.

Ötən ildə olduğu kimi, bu il də məhsul boldur. Meyvənin ağırlığından feyxoa, naringi, portağal, limon, kivi ağaclarının budaqları əyilib. Təsərrüfatın rəhbəri Rəftarə xanım yığım mövsümü ilə əlaqədar görülmüş işlər barədə söhbət açır:

– Artıq bir neçə gündür ki, feyxoa yığımına başlamışıq. Bildiyiniz kimi, feyxoanın vətəni Cənubi Amerikadır. Daha çox subtropik iqlim şəraitində becərilir, soyuğa davamlıdır, hətta mənfi 14 dərəcəyə qədər olan şaxtalara dözə bilir. Əkiləndən 3 il sonra bar verir. Rütubəti çox sevir. Deyirlər ki, feyxoa ağacı ayağından da, başından da su içir. Bu il yayda havaların hədsiz isti keçməsi nəticəsində məhsul gec yetişir. Odur ki, yığımı mərhələli şəkildə aparırıq.

Feyxoa gəlirli, yüksək məhsuldarlığa malik bitkidir. Yaxşı qulluq etsən, hər hektardan 20 ton məhsul götürmək olar. Hazırda hər bir kiloqramının ortalama qiyməti 1 manat 10 qəpikdir. Mövsüm başlanandan 1 tondan artıq feyxoa yığılıb. Fəhlələrdən İqbal Qurbanov, Tural Şiriyev, Könül Eminova, Gülzadə Talıbova, Adilə Eminova hər gün 100 kiloqramdan artıq məhsul yığırlar.

Təsərrüfatın “Araz” supermarketlər şəbəkəsi ilə müqaviləsi var. Məhsulun bir hissəsi Bakı şəhərinə göndərilir. Təsərrüfatın nəzdində kiçik emal sexi fəaliyyət göstərir. Sexdə meyvələrdən kompot, cem, mürəbbə, müxtəlif turşular hazırlanıb ölkəmizin daxili bazarlarına çıxarılır. Kivi və feyxoa turşusuna, naringi, kivi, feyxoa, kinkan mürəbbələrinə tələbat daha böyükdür.

Rəftarə xanımla ərazini gəzirik. İnnovativ üsullara əsaslanan müasir suvarma sistemi ilə təchiz olunmuş bağda aqrotexniki qaydalara yüksək səviyyədə əməl olunur. Sitrus ağaclarının dadlı, meyvələrinin xoş ətri ətrafa yayılıb. Rəftarə xanım deyir ki, naringi, portağal hələ göy rəngdədir, yaxın günlərdə yetişəcək və yığıma başlayacağıq. Havalar imkan versə, məhsul istehsalı keçənilkindən çox olacaq.

“Sitrus Valley” təkcə Lənkəranda deyil, respublikamızda qabaqcıl, nümunəvi fermer təsərrüfatı kimi tanınır. Mayda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda “Nümunəvi bağ” adına layiq görülmüş iki təsərrüfatdan biridir. Mövsüm işlərə burada 40-50 fəhlə cəlb olunur.

“Sitrus Valley” həm də nümunəvi aqroturizm mərkəzlərindən biridir. Son illər bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları, çoxlu sayda yerli və xarici turistlər təsərrüfatda olublar. Qonaqlar sitrus və subtropik meyvələrin yetişdirilməsi ilə maraqlanıblar. Burada onlara Lənkəran mətbəxinin dadlı, ləzzətli təamları təqdim olunub. Əcnəbi turistlər xoş, səmimi ünsiyyətə, yüksək qonaqpərvərliyə görə razılıqlarını ifadə ediblər.

Fermer Rəftarə Şükürova Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də bir çox özəl qurumların təşkil etdikləri layihələrdə fəal iştirak edir. “Aqrar Tədarük və Təchizat” ASC-nın “Şəhərdən kəndə” layihəsinin təqdimat mərasimi bu təsərrüfatda keçirilib. Layihə çərçivəsində təsərrüfatda aqroturizm infrastrukturunun yaradılmasına köməklik göstərilib.

Rəftarə xanımın təşəbbüsü və rəhbərliyi ilə yerli sahibkar qadınları birləşdirən “İvradamon” adlı kooperativ yaradılıb. Qadın fermerlər səylərini birləşdirib məhsul istehsalını və emalını artırır, istehsal etdikləri ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsulları yarmarkalarda, sərgilərdə nümayiş etdirirlər.

Sahibkar xanım, həmçinin Türkiyədə və digər xarici ölkələrdə kənd təsərrüfatı məhsullarının sərgilərində, treninqlərdə fəal iştirak edərək qabaqcıl dünya təcrübəsilə yaxından tanış olub. Cənub bölgəsindən 6 fermerlə “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi” layihəsi üzrə İtaliyada olub. Səfər çərçivəsində regionda aqrar sahənin potensial imkanları, perspektivləri, meyvə-tərəvəz sektorunda əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Xanım fermer təlim kurslarında iştirak edib, emal müəssisələrinin, aqroturizm obyektlərinin fəaliyyəti ilə tanış olub.

Rəftarə xanım müasir xarici təcrübəni tətbiq etməklə təsərrüfatı genişləndirmək, məhsul istehsalı və emalını artırmaq, ərzaq bolluğu yaratmaq əzmilə çalışır.

Separadi kəndində salınmış “Lenk Fruit” MMC-yə məxsus yeni sitrus bağı rayonda iri sitrusçuluq təsərrüfatı sayılır. Bağın ümumi ərazisi 150 hektardır. Burada Türkiyədən gətirilmiş 141 min ədəd sitrus, şaftalı və nektarin ağacları əkilib. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 16-da Lənkəran rayonuna növbəti səfəri zamanı “Lenk Fruit” MMC-yə məxsus sitrus bağında yaradılan şəraitlə tanış olub.

Təsərrüfatın rəhbəri Namiq Cəbiyev sitrus yığımına ciddi hazırlaşdıqlarını bildirdi. Bu il naringi bağlarının 15 hektar artırıldığını, yeni gecyetişən naringi sortunun əkildiyini vurğuladı. Keçən il 3 min tona yaxın məhsul yığıldığını, hektarın məhsuldarlığının 27 tona çatdırıldığını söylədi. “Bu il bağlarda məhsul çoxdur, daha yüksək nəticələrə nail olacağıq”, – dedi.

Lənkəran Şəhər Statistika İdarəsindən aldığımız məlumata görə, rayonda 920 hektar sitrus bağı var. Keçən il bağlardan 10 min 126 ton məhsul yığılıb. Hektarın orta məhsuldarlığı 11,2 tona çatdırılıb. Limon, naringi bağlarının məhsuldarlığı daha yüksək olub. Bu il 60,4 hektar sahədə yeni sitrus və subtropik meyvə bağları salınıb.

Bir neçə gündən sonra bağların “qızıl dövrü” başlanır. Sitrus və subtropik meyvə bağlarında yenidən iş bulaq kimi qaynayacaq, rayonun kənd əməkçiləri ənənələrə sadiq qalaraq aqrar sahənin inkişafına öz layiqli töhfələrini verəcəklər.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:583
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri