Icma.az
close
up
RU
Lənkəranskinin adamını kimlər öldürtdü? Oteldə sui qəsd planı XRONOLOGİYA

Lənkəranskinin adamını kimlər öldürtdü? Oteldə sui qəsd planı XRONOLOGİYA

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan Prokurorluğunun açıqlamasına görə, təqsirləndirilənlər —Georgi və David Mikadze qardaşları “qanuni oğru” Merab Canqveladzenin qardaşı, biznesmen Levan Canqveladzenin qətlini zərərçəkənlə münaqişədə olan digər şəxslərin sifarişi ilə planlaşdırıblar.

Lent.az xəbər verir ki, prokurorluq beş nəfərə sifarişlə qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, odlu silahı qanunsuz əldəetmə, saxlama və satma, cinayəti gizlətmə və istintaqa qəsdən yalan məlumat vermə ittihamları irəli sürüb. Şübhəlilərdən ikisi axtarışdadır.

Levan Canqveladzeni öldürmək üçün qardaşlar Mikadze dostları Gela Cokhadze ilə əlaqə saxlayaraq cinayəti törədəcək icraçı axtarmağa başlayıblar. Onlar Cokhadzenin etibarlı adamı olan Gela Udzilauri ilə əlaqə qurublar.

Mikadze qardaşları və Cokhadze, Canqveladzenin harada olduğunu göstərən bütün lazımi məlumatları Udzilauriyə ötürüblər. Həmçinin ona “Glock 19” markalı tapança veriblər. 2025-ci il fevralın 15-də Cokhadze Yunanıstandan qayıtdıqdan sonra “Tbilisi Tower” otelində Udzilauri ilə görüşüb. Buraya həmçinin Mikadze qardaşları gəlib və qətl planını müzakirə ediblər. Onlar killerə Canqveladzenin Gürcüstanda olduğunu və “Ambassador” otelində qaldığını bildiriblər.

Prokurorluq qətl gecəsinin xronologiyasını belə izah edib: 2025-ci il 14 martda, saat təxminən 22:35-də Levan Canqveladze müşayiətçisi ilə birlikdə dostunun dəfninə qatılmaq üçün Vakede, Çavçavadze prospektinə gəlib. Təxminən 23:30-da oradan ayrılıb.

Canqveladze dostu ilə birlikdə prospektlə irəliləyərkən Gela Udzilauri odlu silahdan ona tərəf bir neçə atəş açıb. Güllə yaralarından Canqveladze hadisə yerində ölüb. Ardınca killer, onu müşayiət edən şəxsi də öldürmək məqsədilə bir neçə dəfə atəş açıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Cinayətdən sonra Udzilauri Kareli şəhərinə gedərək cinayət alətindən və istifadə etdiyi mobil telefondan qurtulub. Telefona Polşada qeydiyyatdan keçmiş nömrə taxılıb və bu nömrə vasitəsilə o, Gela Cokhadze ilə fəal şəkildə əlaqə saxlayıb.

İş üzrə çoxsaylı prosessual və istintaq hərəkətləri aparılıb. Bir sıra şahidlər dindirilib, onlarla saatlıq müşahidə kamerası görüntüləri götürülüb, ekspertizalar təyin edilib, mobil telefonlar və rabitə antenalarından məlumatlar əldə olunub, həmçinin bir sıra maddi sübutlar müsadirə edilib.

Prokurorluğun məlumatına görə, ittiham olunanlar — qardaşlar Georgi və David Mikadze, həmçinin Gela Cokhadze — sifarişlə, maddi maraq zəminində qəsdən adam öldürməni təşkil etməkdə təqsirləndirilirlər. Onları 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

İş üzrə daha bir şəxsə isə qrup halında odlu silahı qanunsuz əldə etmə və saxlama ittihamı qiyabi irəli sürülüb; bu maddə üzrə 11 ilədək həbs nəzərdə tutulur.

Mamuka Baqdavadze xüsusi ağır cinayəti gizlətməkdə və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə yalan məlumat verməkdə ittiham olunur. Ona 7 ilədək həbs cəzası verilə bilər.

Qətldə əsas şübhəli hesab edilən Gela Udzilauri 17 martda saxlanılıb. Onu ömürlük həbs cəzası gözləyir. Həmçinin cinayətdə istifadə olunan silahın rəsmən adına qeydiyyatda olduğu şəxs də saxlanılıb.

Cinayət işi üzrə istintaq digər iştirakçıların müəyyən edilməsi və ifşa olunması istiqamətində davam edir.

Qeyd edək ki, Merab Canqveladze MDB məkanının ən nüfuzlu “qanuni oğru”su hesab olunur. O və qardaşı Levan mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamın olub. Lakin "Ded Xasan" ləqəbli kriminal avtoritet Aslan Usoyanın ölümündən sonradan hər ikisi Lənkəranskiyə dönük çıxıblar.

Levanın meyiti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri