Boşanmaq istəməyən ərini dostlarına öldürtdü
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Dənizli şəhərinin Merkezefendi rayonunda qadın boşanmaq istəməyən ərini dostlarının köməyi ilə öldürməkdə şübhəli bilinir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, evdən səs-küy və dava səslərinin gəlməsi barədə məlumat alan polis əməkdaşları hadisə yerinə gediblər. Mənzildə 49 yaşlı tikinti ustası Fedai Karagözün əlləri bağlı və döyülmüş vəziyyətdə meyiti aşkarlanıb. Onun boğularaq öldürüldüyü müəyyən edilib.
Hadisə ilə bağlı mərhumun həyat yoldaşı Asiye Karagöz, Muhammet Balcı və onun sevgilisi Bilge Küçükaycan saxlanılıblar.
İddiaya görə, Asiye Karagöz ifadəsində ərinin ona zorakılıq etdiyini və boşanmağa razılıq vermədiyini bildirib. Bundan sonra dostlarını evə çağıraraq əri üçün ölüm planı hazırlayıb.
Qadının cinayət müqabilində dostlarına külli miqdarda pul vəd etdiyi, həmçinin ərinin əmlakını aralarında bölüşdürmək barədə razılığa gəldikləri irəli sürülüb.
Digər iki şübhəlinin də ifadələrində ittihamları qəbul etdikləri bildirilib.
Hər üç şəxs əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürmə ittihamı ilə məhkəmənin qərarı əsasında həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Noyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















