Icma.az
close
up
RU
Bakıda keçirilən hərbi paradlar XRONOLOGİYA

Bakıda keçirilən hərbi paradlar XRONOLOGİYA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümündə ölkənin müxtəlif küçə və prospektləri hərbi orkestrlərin yürüş sədaları ilə canlanır. Bu tarixi gün bizi zaman tunelinə aparır. Xalqımız əsrlik dövlətçilik tarixində hərbi qüdrətini bəzən yalnız daxilində yaşatmalı olub, bəzən isə onu meydanlarda böyük təntənə ilə nümayiş etdirib.

Modern.az Azərbaycan ordusunun nümayiş xronologiyasına nəzər salıb.

Cümhuriyyət dövrünün ilk addımları 

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulduqdan sonra Bakıdakı ilk rəsmi hərbi parad 15 sentyabr 1918-ci ildə baş tutub. Nuri Paşanın rəhbərliyi ilə Bakını işğaldan qurtaran Türk-Azərbaycan qoşunları indiki "Qurd Qapısı" və Bakı Dövlət Universitetinin yerləşdiyi "Qırmızı qum" ərazilərində güc nümayişi keçiriblər.

Növbəti il 28 may 1919-cu ildə Cümhuriyyətin bir illiyi münasibətilə indiki Muzey Mərkəzinin qarşısında daha bir parad təşkil olunub. Hərbi nazir Səməd bəy Mehmandarovun qəbul etdiyi bu paradda gənc respublikanın əsgərləri müstəqillik günü münasibətilə salamlanıb.

Çok keçmədən, həmin ilin 29-30 iyul tarixlərində Hərbi nazir Səməd bəy Mehmandarov və Baş nazir Nəsib bəy Yusifbəylinin Qarabağ səfəri çərçivəsində əvvəlcə Xankəndidə, ardınca isə Şuşada yerli qoşunların hərbi paradları təşkil edilib və bu paradları hökumət başçısı şəxsən qəbul edib.

Müstəqilliyin bərpası və ilk sınaq

Müasir müstəqillik tariximizin ilk hərbi paradı 9 oktyabr 1992-ci ildə - Milli Ordunun yaradılmasının bir illiyində Azadlıq meydanında gerçəkləşib. Prezident Əbülfəz Elçibəyin çıxış etdiyi, dövlət rəsmilərinin qatıldığı bu paradda ölkənin o dövrdə sahib olduğu məhdud hərbi arsenal nümayiş etdirilib. Paradın ən yaddaqalan anı isə helikopterlərdən birbaşa meydana enən paraşütçü əsgərlər olub.

Ordunun modernləşmə dövrü 

2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin 90 illiyində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ikinci böyük parad keçirilib. Azadlıq meydanında 4510 nəfərlik şəxsi heyət, 210 modernləşdirilmiş texnika, həmçinin hərbi aviasiya və dəniz qüvvələri nümayiş olunub.

2011-ci il iyunun 26-da Azərbaycanın müstəqilliyinin 20, ordunun isə 93 illiyinə həsr olunan təntənəli paradda miqyas daha da böyüyüb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və xarici qonaqların izlədiyi bu paradda 6 min hərbçi, 400-ə yaxın texnika və silah sistemi, o cümlədən yerli istehsal olan 60-dan çox silah növü nümayiş etdirilib.

Bakıda növbəti hərbi parad 26 iyun 2013-cü ildə keçirilib. Ordunun 95 illik yubiley paradında meydandan 5 min nəfərlik heyət, 300 texnika keçib, səmada 100-dən çox təyyarə və helikopter uçub, Bakı buxtasında isə 40-a yaxın hərbi gəmi düzülüb. 

Bir ildə iki möhtəşəm parad

2018-ci il Bakı üçün unudulmaz oldu. İyunun 26-da ordunun 100 illik yubiley paradından sonra, 15 sentyabrda Bakının azad edilməsinin əsrlik yubileyinə həsr olunmuş ikinci parad keçirildi.

Sentyabrın 15-də keçirilən ikinci paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.

Zəfər paradları: Tarixi qələbələrin təntənəsi 

Vətən müharibəsindəki möhtəşəm qələbəyə həsr olunan ilk Zəfər Paradı 2020-ci il dekabrın 10-da keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəxri qonaq olduğu və general-leytenant Kərim Vəliyevin komandanlıq etdiyi paradda 3000-dən çox şəxsi heyət, 150-yə yaxın müasir hərbi texnika və ən əsası düşməndən qənimət götürülmüş hərbi texnikalar nümayiş etdirildi.

8 noyabr 2025-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbənin 5 illiyi münasibətilə Azadlıq meydanında növbəti Zəfər Paradı keçirildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və dost ölkələrin müdafiə nazirləri tribunada yer aldılar.

Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin yan-yana dayanması "Üç qardaş" birliyinin simvolu kimi beynəlxalq mediada böyük rezonans doğurdu. Paradda hər üç ölkənin xüsusi təyinatlı qrupları öz bayraqları ilə keçərək regionda sabitliyin əsas dayağı olan sarsılmaz strateji müttəfiqliyi nümayiş etdirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri