Leobank tətbiqində ciddi texniki problem yaşanır Müştərilərin vəsaitləri səhv yönləndirilib
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu haqda Valyuta.az-a müştərilərdən biri məlumat verib.
Belə ki, istifadəçilər şəxsi vəsaitlərindən istifadə edə bilmirlər.
Müştərilərin hesablarındakı pullar avtomatik olaraq kredit ödənişlərinə yönləndirilib, xüsusilə aylara bölünmüş kredit borclarına.
Bankın müştəri xidməti ilə əlaqə saxlayan istifadəçilərdən bəziləri problemin iki gündür davam etdiyini və texniki nasazlığın hələ də aradan qaldırılmadığını öyrəniblər.
Bank nümayəndələri sistemlərində ciddi texniki problemin olduğunu təsdiqləyiblər, lakin nə vaxt düzələcəyi ilə bağlı dəqiq məlumat verməyiblər
Hazırda yüzlərlə müştəri vəsaitlərinə çıxış imkanından məhrumdur və bu vəziyyət böyük narahatlıq doğurur. Leobank rəhbərliyinin problemin həlli üçün hansı addımları atacağı və müştərilərin itkilərinin necə kompensasiya ediləcəyi sual olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:317
Bu xəbər 01 Mart 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















