ABB də problem: müştərilərin hesabları silindi
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Beynəlxalq Bankında texniki problem yaranıb və kütləvi olaraq bəzi müştərilərin hesabı silinib.
Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Razi Abasbəyli bildirib.
Onun sözlərinə görə, bu gün YDM-dən yanacaq alıb və kartla ödəniş edib:
“Yanacaq aldıqdan sonra ərzaq dükanına girdim. 3.50 AZN-lik alış zamanı kassir kartda vəsait olmadığını dedi. Hansı ki, 70 AZN-ə yaxın balansım qalmışdı. Azərbaycan Beynəlxalq Bankının terminalına yaxınlaşdım. Balans təmamilə silinmiş, -84.36 AZN də borc yaranmışdı. Getdim ABB-nin filialına, məlum oldu ki, texniki problem yaranıb və kütləvi olaraq müştərilərin vəsaitləri silinib.
Bu nə deməkdir bilirsiniz?
Ölkənin ən nəhəng bankı, o bank ki, dövlət büdcəsinin yarıdan çoxu bu bankdadır.
Bir anlıq baş verən bu texniki problemə görə ölkə iqtisadiyyatına nə qədər ziyan dəydiyini təsəvvür etmək belə olmur.
Niyə ölkənin ən nəhəng bankı İT təhlükəsizliyini normal qura bilmir?
Bankdan silinən vəsaitlərin sabah geri qaytarılacağın dedilər. Bəlkə bir insana təcili tibb xidmətə görə vəsait lazımdır?
Bu sadə məsələ deyil”.
Elnur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 İyun 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















