Levandovski: Qızıl top u niyə qazanmadığımı hələ də başa düşə bilmirəm
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın hücumçusu Robert Levandovski növbəti dəfə 2020-ci ildə "Qızıl top"u ala bilməməsindən danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə BBC-yə açıqlama verib:
"Bu, karyeramın zirvəsi idi, "Bavariya" ilə hər şeyi qazandım. Düşünürəm ki, bu vəziyyətlə bağlı ən çətin şey hələ də niyə "Qızıl top"u qazanmadığımı başa düşməməyimdir".
Polyak forvard 2020-ci ildə mükafata əsas iddiaçı hesab olunurdu. Lakin həmin il "France Football" tarixdə ilk dəfə olaraq koronavirus pandemiyası səbəbindən ilin ən yaxşı futbolçuları və məşqçiləri üçün səsvermə keçirməyib.
Qeyd edək ki, 2020-ci ilin dekabrında polşalı forvard ilin ən yaxşı futbolçusu kimi FİFA tərəfindən təsis olunan "The Best" mükafatına layiq görülüb.
Baxış sayı:95
Bu xəbər 12 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















