Icma.az
close
up
RU
Levon Ter Petrosyan tərəddüd içindədir

Levon Ter Petrosyan tərəddüd içindədir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişinin paraflanması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Cənubi Qafqaz regionunda baş verən ən mühüm hadisədir. Bu tarixi sənəd yalnız münaqişənin sona çatmasını simvolizə etməklə kifayətlənmir, həm də regionda yeni bir dövrün, sabitlik və əməkdaşlıq mühitinin başlanğıcını qoyur. Uzun illər davam edən və saysız-hesabsız insan itkilərinə, dağıntılara və siyasi gərginliyə səbəb olan münaqişə artıq keçmişdə qalır və onun əvəzində qarşılıqlı hörmət və sülhə əsaslanan münasibətlər formalaşmağa başlayır.

Vaşinqtonda imzalanan bu sənəd həm də Cənubi Qafqazda təhlükəsizliyin və rifahın təmin olunması üçün vacib addımdır. Minsk qrupunun fəaliyyətinə son verilməsi isə beynəlxalq aləmdəki bir çox ölkələrin qeyri-konstruktiv və faydasız siyasətinin iflasını göstərir. Artıq Zəngəzur dəhlizi də reallığa çevrilir. Eyni zamanda, regionun təbii sərvətlərindən birgə istifadə, enerji təhlükəsizliyi və regional layihələrin həyata keçirilməsi sahəsində yeni tərəfdaşlıqlar qurulur. Əldə olunan bu uğurlara isə Ermənistanda fərqli münasibət var. Hakimiyyət və ona yaxın qüvvələr bunu uğur, strateji qələbə kimi təqdim edir, ölkənin maraqlarına xidmət etdiyini vurğulayırlar. Parlament müxalifəti isə imzalanmış sənədləri Ermənistanın bədənində əmələ gələn “dərin yara” hesab edirlər. Ümumiyyətlə, müxalifət regionun gələcək inkişafı və sabitliyi üçün mühüm rol oynayacaq sənədləri görməzdən gəlirlər.

Maraqlıdır ki, Ermənistanın keçmiş dövlət başçıları ABŞ-ın vasitəçiliyi ilə bağlanmış Ermənistan–Azərbaycan sülh bəyannaməsinə geniş münasibət bildirməkdən çəkinirlər. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “İlur” saytının xahişi ilə iki ölkə arasında birgə bəyannaməyə və Zəngəzur dəhlizi ilə bağlı məsələyə münasibət bildirərkən xəsislik edib, geniş şərh verməkdən çəkinib: “Hakimiyyət, təbii ki, bunu ən böyük uğurlarından biri hesab edərək sevinir. Parlament müxalifəti isə sazişdə nəinki müsbət bir şey görmür, əksinə, onun icrasının dağıdıcı nəticələrini proqnozlaşdırır. Mənə ünvanladığınız suala gəlincə, hələlik cavab verməkdən çəkinirəm, çünki əminəm ki, ona yalnız razılıq əldə olunandan sonra cavab veriləcək.

Dost İran rəsmilərinin fərqli (bəlkə də bir-birini tamamlayan) qiymətləndirmələri və xüsusən də Rusiyanın, demək olar ki, tamamilə susması məni hələ də bir qədər çaşdırır. İran diplomatiyası o qədər incədir ki, onu bir anda anlamaq bəzən çətin olur. Lakin öz təcrübəmə əsaslanaraq sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa edəndən bəri İran Ermənistana qarşı nəinki narazılıq və ya qınaq ifadə edib, əksinə, bizim bütün müraciətlərimizə müsbət cavab verib. Bir sözlə, mən Ermənistanla İran arasında 30 ildən artıq davam edən münasibətlərdə hər hansı anlaşılmazlıq görməmişəm”.

Levon Ter-Petrosyanın Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlara münasibət bildirməkdən çəkinməsi təsadüfi deyil və bir neçə əsas amilə söykənir. Bu amillərə İran və Rusiya ilə münasibətlər, beynəlxalq diplomatiyada dəyişən güc balansı və Ermənistanın daxili-siyasi sabitliyi daxildir. Ter-Petrosyan bu məsələdə ehtiyatlı mövqe sərgiləməklə yalnız öz siyasi gələcəyini qorumağa çalışır.

Qeyd edək ki, İrəvanın regionda ən yaxın tərəfdaşlarından biri olan Tehranla münasibətləri uzun illərdir ki, sabit və qarşılıqlı maraqlar əsasında davam edir. Ermənistan–İran əlaqələri indiyədək ciddi qarşıdurma və ya siyasi narazılıqla müşayiət olunmayıb. Bu da Ermənistan üçün mühüm diplomatik üstünlük hesab olunur. Lakin son zamanlar ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh təşəbbüsləri İran tərəfindən potensial təhdid kimi dəyərləndirilir. Tehran Cənubi Qafqazda öz geosiyasi maraqlarını qorumağa çalışdığı üçün Qərbin bölgədə artan təsirindən narahatdır. Belə bir şəraitdə Ter-Petrosyanın bu təşəbbüslərə açıq dəstək verməsi Tehranla münasibətlərdə gərginliyə səbəb ola bilər.

***

Digər tərəfdən, Rusiya da Ermənistanın tarixən yaxın müttəfiqlərindən biri olub. Təhlükəsizlik sahəsində əməkdaşlıq uzun illər Rusiya–Ermənistan münasibətlərinin əsas dayağını təşkil edib. Amma son illər, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra bu münasibətlərdə soyuqluq yaranıb. Moskva açıq şəkildə mövqe bildirməsə də, İrəvanın Qərblə yaxınlaşmasına mənfi yanaşır. Rusiya və İranla münasibətlərdə atılacaq hər hansı ehtiyatsız addım Ermənistanı regional təcridə sürükləyə və geosiyasi mövqeyini zəiflədə bilər. Bu baxımdan, Ter-Petrosyanın açıq və sərt mövqe sərgiləməkdən çəkinməsi, Ermənistanın maraqlarını qorumağa yönəlib. Yəni imzalanmış sənədlərə dəstək verməsi İran və Rusiya tərəfindən birmənalı qarşılanmaya bilər. Əksinə açıqlamalar isə iqtidarın narazılığı ilə qarşılanar. Belə olan halda, ən yaxşısı susmaqdır.

Deməli, Ter-Petrosyanın susqunluğu diplomatik gediş kimi də dəyərləndirilə bilər. O, ölkədəki mövcud gərginlik fonunda “gözləmə” mövqeyini seçməklə, ehtiyatlı və düşünülmüş davranış sərgiləyir. Bu taktika qeyri-müəyyənlik dövrlərində tez-tez istifadə olunan siyasi metoddur. İndiki həssas şəraitdə açıq və birmənalı bəyanatlar vermək Ter-Petrosyanın siyasi mövqeyinə mənfi təsir edə, həm də daxili müxalifətin təzyiqlərini artıra bilər. Bundan əlavə, belə bir addım xarici güclərin də sərt reaksiyasına səbəb olardı.

Diplomatik proseslərin nəticələri hələ tam aydınlaşmadığı üçün Ter-Petrosyan daha dəqiq və əsaslandırılmış mövqe formalaşdırmaq üçün gözləməyi üstün tutur. Bu, həm gələcəkdə çevik qərarlar qəbul etməyə imkan verir, həm də mümkün riskləri önləməyə xidmət edir. O anlayır ki, bəyanatların təsirləri və nəticələri yalnız zamanla ortaya çıxacaq və indiki mərhələdə emosional qərarlardan çəkinmək daha doğrudur.

Beləliklə, Ter-Petrosyan indiki mürəkkəb geosiyasi şəraitdə sükutun ən güclü siyasi mövqe olduğunu anlayır və hadisələrin inkişafını diqqətlə izləyərək, doğru zamanda münasibət bildirməyi üstün tutur. Bununla bağlı XQ-yə açıqlama verən Türkiyənin Ərciyəs Unuversitetinin ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı dedi:

Ümumən, erməni cəmiyyətində Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişinin paraflanması birmənalı qarşılanmır. Ölkənin bəzi siyasi gücləri, o cümlədən hakimiyyət partiyasının tərəfdarları bəyannaməni alqışlayır, amma keçmiş prezidentlərin heç birindən səs çıxmır. Bu qrupun başında da Ter-Petrosyan gəlir. Əslində, Ermənistan cəmiyyəti gözləyirdi ki, Ter-Petrosyan bu məsələyə geniş münasibət bildirsin və Paşinyan hakimiyyətinin hansı yolda olduğunu cəmiyyətə açıqlasın. Bunun hakimiyyət üçün də böyük əhəmiyyəti vardı. Amma Ter-Petrosyan hələ ki, Vaşinqtonda imzilanmış sənədlərə geniş münasibət bildirmir. Dedikləri isə biyanə, yəni, “nə ət yansın, nə şiş” şəkilindədir. Hesab edirəm ki, Ter-Petrosyanın geniş açıqlama verməkdən çəkinməsi hər iki tərəfin diqqətini çəkməməyə hesablanıb. Düşünür ki, indiki şəraitdə neytral mövqe onun üçün daha səmərəlidir.

Ermənistan cəmiyyətində səsiz qalan güclərdən biri də kilsədir. Hətta Ermənistanda deyirlər ki, Roma papası bu məsələyə münasibət bildirdi, iki dövlət arasında münasibətlərin yeni məcraya düşməsini alqşladı. Amma Ecmiədzin kilsəsi hələ də susur və münasibət bildirmir. Təbii ki, münasibət bildirsə də, Paşinyanın atdığı addımların səhv olduğunu deyəcək.

Maraqlıdır ki, müxalifətdə olan siyasətçilər, ekspertlər Zəngəzur dəhlizi ilə bağlı başqa seçənəklərinin də olduğunu deyirdilər. Başqa seçənək nə ola bilərdi? Azərbaycanın qərb hissəsindən Naxçıvana dəhlizin alternativi yoxdur. Gec-tez bu dəhliz açılacaq və bundan Ermənistan da dividentlər əldə edəcək. Region çiçəklənən, inkişaf edən məkana çevriləcək”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see222

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see200

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see143

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see131

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see129

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see124

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see123

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see122

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see120

Bu gün yağış yağacaq PROQNOZ

12 Avqust 2025 08:15see119

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see118

Azərbaycan nefti bahalaşıb

12 Avqust 2025 09:20see117

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see117

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see117

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see116

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see116

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see116

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see115

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see114

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri