Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Levon Ter Petrosyan niyə Rusiya səfirinin sevimlisinə çevrilib?

Levon Ter Petrosyan niyə Rusiya səfirinin sevimlisinə çevrilib?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ermənistanda siyasi ziddiyyətlər dərinləşir. Ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan yenidən siyasi səhnəyə qayıdıb. Bu dəfə o, sadəcə keçmiş dövlət başçısı kimi deyil, Rusiya ilə yaxın təmasda olan, mövqeyini Moskvanın maraqları istiqamətində dəyişən siyasi fiqur kimi çıxış edir.

O, Ermənistan baş naziri Nikol Paşinyanın Eçmiədzinin mərkəzi meydanında genişmiqyaslı mitinq keçirmək niyyətinə etirazını bildirib. Deyib ki, bu təşəbbüs ölkədə qarşıdurma riski doğurur və Ermənistanın Apostol Kilsəsinə təzyiq göstərməkdir. Ter-Petrosyanın fikrincə, belə addımlar getdikcə “bağışlanmaz” xarakter daşıyır. Onun iddiasına görə, Eçmiədzində keçiriləcək tədbir qarşıdurma və qan tökülməsi ilə nəticələnə bilər. Bu kontekstdə, o, Paşinyanı “xalqı təhlükəyə atmaqda” ittiham edib və açıq şəkildə bildirib: “Nikol nə Ermənistan Apostol Kilsəsinin, nə də bütün millətin rəhbəridir. O, sadəcə, Ermənistan Respublikasının baş naziridir və öz səlahiyyətlərinin sərhədlərini dərk etməlidir”.

Bu çıxışın hədəfləri açıq şəkildə göstərir ki, sabiq prezident artıq müxalifətin səsinə çevrilib. O müxalifət ki, ölkənin qərbyönlü siyasətinə qarşı çıxır, Nikol Paşinyanın mövqeyinin zəifləməsində maraqlıdır.

Sabiq dövlət başçısının mövqeyində dəyişiklik onun Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşündən sonra baş verib. Həmin görüşdə tərəflər “Cənubi Qafqazda sülh və sabitlik” və “Ermənistan–Rusiya münasibətləri” kimi ümumi mövzuları müzakirə ediblər. Siyasi müşahidəçilərin fikrincə, bu görüşün əsl məqsədi Ermənistanın qərbyönlü siyasətinin zəiflədilməsi və ölkənin yenidən Moskvanın təsir dairəsinə qaytarılması olub. Son dövrlər Rusiya səfirinin Ermənistan müxalifəti ilə intensiv təmasları bu ehtimalı gücləndirir. S.Kopırkinin yalnız Ter-Petrosyanla deyil, digər radikal müxalifət nümayəndələri ilə görüşləri bir tərəfdən Paşinyan hakimiyyətinə təzyiq vasitəsi, digər tərəfdən isə Kremlin Ermənistan siyasətində yenidən fəallaşmaq istəyindən xəbər verir. Moskva mövcud geosiyasi reallıqda Ermənistanı itirmək fikri ilə barışmır və bu istiqamətdə müxtəlif vasitələrə əl atır. Ermənistan müxalifəti ilə görüşlər də həmin maraqlara xidmət edir.

***

Ermənistan rəhbərliyi bu planlara qarşı açıq mövqe nümayiş etdirir. Nikol Paşinyan hökuməti Qərblə strateji əməkdaşlığı genişləndirmək, ABŞ və Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək, Türkiyə ilə sərhədlərin açılmasına yönəlmiş konkret addımlar atmaq istəyir. O da məlumdur ki, Nikol Paşinyan hökuməti regionda real, davamlı sülhə nail olmaq üçün son vaxtlar Azərbaycana qarşı təcavüzkar ritorikadan uzaq durmağa, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində əməkdaşlığa və real nəticə əldə etməyə çalışır. Bu, təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün tarixi imkanlar açır. Fəqət belə bir perspektiv Kreml üçün arzuolunan deyil. Məhz səbəbdən Ermənistan daxilindəki müxalif qüvvələrin fəallaşması və onların arxasında dayanan dairələrin prosesləri pozmaq cəhdləri artıq açıq müstəviyə keçib.

Siyasətdən çəkildiyini bəyan etmiş Levon Ter-Petrosyanın birdən-birə yenidən fəallaşması, həm də bu fəallığın Rusiya səfiri ilə təmasların fonunda baş verməsi bir çox suallara cavab verir. Görünən odur ki, Kremlin planı sadədir: Ermənistan daxilində qarışıqlıq yaratmaq, xalqı hakimiyyətə qarşı qaldırmaq və Paşinyanın legitimliyini sarsıtmaq. Bu məqsədlə cəmiyyətin artıq etimadını itirmiş, siyasi gündəmdə olmayan şəxslər yenidən səhnəyə çıxarılır.

Bu gərginlik fonunda Baş nazir Nikol Paşinyan da cavabsız qalmayıb. Özünün sosial media hesabında yayımladığı açıqlamada, o, Levon Ter-Petrosyanı siyasi arenada ardıcıl mövqe sərgiləməməkdə ittiham edərək, sərt və ironik bir cavab verib: “Hörmətli Levon Ter-Petrosyan! 1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi isə anlayıram ki, yenə də harasa getmək istəyirsiniz, lakin artıq qaçmağa yer tapa bilmirsiniz. Əslində, buna ehtiyac da yoxdur. Sadəcə olaraq, sakitləşin və Ermənistanda bərqərar olmuş dinc həyatınızdan zövq alın. Hamımıza xoş gün arzulayıram”.

Bu cavab, sadəcə bir keçmiş prezidentə ünvanlanmayıb, həm də Ermənistan daxilində sabitliyi pozmaq, ölkəni yenidən xarici güclərin təsiri altına salmaq istəyənlərə siyasi mesajdır. Paşinyan cəmiyyətə göstərir ki, hakimiyyətə qayıtmaq iddiasında olan qüvvələr əslində Ermənistanı Rusiya orbitinə qaytarmaq istəyən, köhnə müstəmləkəçilik siyasətinə loyal olan dairələrdir. Onlar Rusiya səfiri ilə danışıqlar aparmaqla və Kremlə sadiqliklərini nümayiş etdirməklə Ermənistanı yenidən qaranlıq keçmişinə – siyasi asılılıq, iqtisadi tənəzzül və regional təcrid dövrünə qaytarmaq niyyətindədirlər. Bu isə Paşinyanın ictimai legitimliyini artırmaq üçün əlverişli fürsətdir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev XQ-yə bildirdi ki, Paşinyan özünü qərbyönlü, modern, sülhə meyilli lider kimi təqdim edir: “Seçkilərin yaxınlaşması Ermənistan siyasi səhnəsində müxtəlif qüvvələrin fəallaşmasına səbəb olub. Bu prosesdə sabiq prezident Levon Ter-Petrosyanın da Moskva yönümlü dəstək əsasında yenidən önə çıxması diqqətdən yayınmır. Ter-Petrosyanın fəallaşması onu Ermənistanın gələcəyi üçün Rusiya ilə daha sıx əməkdaşlığa üstünlük verən siyasi fiqur kimi təqdim edir. Bu yanaşma qərbyönlü xarici siyasət kursu yürüdən Paşinyan hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir. Belə bir şəraitdə Ter-Petrosyanın ritorikası ölkədaxili geosiyasi parçalanmanı daha da dərinləşdirə bilər.

Onu da deyim ki, Ter-Petrosyan, “Qarabağ klanı” adlandırılan – Robert Köçəryan və Serj Sarkisyan kimi fiqurlardan fərqli olaraq, başqa siyasi qütbü təmsil edir. Ona qarşı bu şəxslərə yönələn tənqidlər səsləndirilmir. Bu da Rusiyanın onu siyasi alət kimi daha rahat istifadə etməsinə imkan verir. Eyni zamanda son vaxtlar Paşinyanın reytinqinin zəifləməsinə baxmayaraq, seçkilərdə qələbə qazanması bir sıra köhnə siyasi dairələrin tamamilə sıradan çıxmasına səbəb ola bilər. Bu səbəbdən də Rusiya tərəfindən Ermənistandakı proseslərə maraq daha da artıb. Son günlər Rusiya rəsmilərinin, o cümlədən Simonyanın verdiyi bəyanatlar, Moskvanın Ermənistandakı hərbi varlığı və qarşıdakı Putin–Paşinyan görüşü ətrafında aparılan müzakirələr bunun göstəricisidir.

Beləliklə, Ter-Petrosyanın səhnəyə qayıdışı təkcə siyasi keçmişin yenidən gündəmə gətirilməsi deyil, həm də Ermənistanın qarşıdakı seçimləri üçün həlledici xarici təsirlərin aktivləşməsi ilə müşayiət olunur”.

Politoloq Yeganə Hacıyeva şərhində dedi ki, tarix dəfələrlə sübut edib ki, xarici güclərin əlində alətə çevrilən ölkələr nə müstəqilliklərini qoruya, nə də sabitlik və rifah əldə edə biliblər: “Ermənistan xalqı bu reallığı düzgün dərk etməli, Azərbaycanla sülhə, əməkdaşlığa önəm verməlidir. Azərbaycanın sülh müqaviləsi istiqamətində göstərdiyi iradə və təşəbbüslər, əslində, təkcə iki ölkə arasında deyil, bütün regionda təhlükəsizliyin və sabitliyin təminatıdır. Ermənistan bu proseslərdən geri çəkilərsə, bunun məsuliyyəti birbaşa Kremlə bağlı dairələrin və onların siyasi arenada səhnəyə çıxardığı köhnə fiqurların üzərinə düşəcək”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri