Icma.az
close
up
RU
Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak ETDİ FOTO

Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak ETDİ FOTO

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.

"Unikal" xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Leyla Əliyeva, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Respublikası bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

Sonra Leyla Əliyeva tədbir iştirakçılarına IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.

Yekunda Leyla Əliyeva iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Jao Yinqmin, KYTYİK-nin həmsədri, Bezos Yer Fondunun prezidenti və baş icraçı direktoru Endryu Stir, KYTYİK İdarə heyətinin vitse-prezidenti Erik Solheym, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks və digər rəsmi nümayəndə, ekspert və özəl sektor təmsilçiləri iştirak edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see213

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see211

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see197

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see162

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see142

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see138

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see130

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see126

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see125

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see124

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see123

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see122

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri