Icma.az
close
up
RU
Leyla və Arzu Əliyevalar bulvarda FOTO KONKRET

Leyla və Arzu Əliyevalar bulvarda FOTO KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub.

KONKRET.az xəbər verir ki, sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir.

Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı keçirilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 78 yaşlı sakini Validə Həsənova saytın müxbiri ilə söhbətində bildirib ki, öz şəklini görəndə çox fərqli hisslər keçirib. “Heydər Əliyev Fondu bizə şərait yaratdı ki, özümüzü kənardan görək. Müəssisənin həyətində milli geyimdə çəkdirdiyim şəkil çox xoşuma gəldi. Bizə diqqət və qayğı göstərdikləri üçün Heydər Əliyev Fonduna minnətdaram. Sağ olsunlar ki, bizi yaddan çıxarmırlar”.

Müəssisənin digər sakini – 77 yaşlı Hüseyn Ələkbərov onlara ahıllar evində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. H.Ələkbərov ahılların hər zaman Heydər Əliyev Fondunun qayğısını hiss etdiklərini, fotosərginin də həmin diqqətin başqa bir növü kimi onlarda xoş təəssürat yaratdığını qeyd edib.

“Zamanın səsini dinlə” fotosərgisi şəhər sakinlərinin də marağına səbəb olub.

Kameranın obyektivi bizə yalnız simaları təqdim etmir, həm də gözlərdə, üz cizgilərində və baxışlarda həkk olunmuş hissləri, emosiyaları çatdırır. Hər bir fotoşəkil müasir dünyanın səs-küylü təlaşı arasında itən zamanın sədasını eşitmək imkanı yaradır.

Sərgi mövzu qəhrəmanlarının istiqanlılığından və iradələrinin möhkəmliyindən ilhamlanıb. Bu insanların xatirələri keçmişə aparan bir körpüdür. Çünki onların əksəriyyəti ölkəmizin çətin və keşməkeşli dövrlərində yaşamış, indiki dünyamızı formalaşdıran mühüm hadisələrin şahidləri və iştirakçıları olublar.

“Zamanın səsini dinlə” sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri