Icma.az
close
up
RU
Levandovski 16 ilin ən pis seriyasını yaşayır: Polşadan sərt tənqid

Levandovski 16 ilin ən pis seriyasını yaşayır: Polşadan sərt tənqid

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin “Çikaqo Fayr” futbol komandasının hücumçusu Robert Levandovski uzun illərdir üzləşmədiyi qol quraqlığı yaşayır.

İdman.Biz xəbər verir ki, Polşa millisinin üzvü MLS-də keçirdiyi son yeddi qarşılaşmada rəqib qapısına yol tapa bilməyib.

37 yaşlı futbolçu sonuncu dəfə sentyabrın 10-da “İnter Mayami” ilə görüşdə fərqlənib. Həmin vaxtdan bəri 572 dəqiqə meydanda olan Levandovski cəmi iki dəfə qapı çərçivəsinə dəqiq zərbə endirib.

Polşa nəşrinin məlumatına görə, hücumçu təxminən 16 ildir belə uğursuz seriya ilə qarşılaşmırdı. O, 2010-cu ildə Almaniyanın “Borussiya” (Dortmund) komandasında çıxış edərkən ardıcıl 10 oyunda qol vura bilməyib.

Levandovskinin hazırkı vəziyyəti Polşa mətbuatında ciddi tənqidlərə səbəb olub. “Przegląd Sportowy” nəşrinin jurnalisti Dariuş Dobek hesab edir ki, futbolçunun adı və keçmiş uğurları onun əsas heyətdəki yerini qorumasında mühüm rol oynayır.

Jurnalistin fikrincə, eyni göstəricilərə malik başqa hücumçu artıq ehtiyat oyunçular skamyasına göndərilərdi.

Bununla belə, “Çikaqo Fayr”ın heyətində Levandovskini əvəz edə biləcək təcrübəli mərkəz hücumçusu yoxdur. Digər nominal forvard, 20 yaşlı Din Bolts hələ əsas komandada debüt etməyib.

Polşalı futbolçunun cari mövsümdəki statistikası da diqqət çəkir. O, MLS-də keçirdiyi 16 oyunda altı qol vurub. Komandanın sabiq hücumçusu Hüqo Kuypers isə ayrılmazdan əvvəl 11 qarşılaşmada 13 dəfə fərqlənib.

Son turda “Atlanta Yunayted” üzərində 3:2 hesablı qələbə qazanan “Çikaqo Fayr”ın heyətində Levandovski yenə qol vura bilməyib. Hücumçu qarşılaşmada qapıya bir dəqiq zərbə belə endirməyib.

Polşa mətbuatı futbolçunun uğursuz çıxışının yalnız qol imkanlarından istifadə edə bilməməsi ilə bağlı olmadığını vurğulayır. Onun meydandakı ümumi fəallığı və komandanın hücum oyununa təsiri də tənqid olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri