Icma.az
close
up
RU
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu TƏFƏRRÜAT

“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu TƏFƏRRÜAT

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu söküb yerində bina inşa etməsi ilə bağlı yaranan narazılığı bir neçə dəfə işıqlandırmışıq.

Şirkətin qanunsuz hərəkəti ilə bağlı “Lider” idman klubunun rəhbəri İlham Sərdarova dəymiş zərərin ödənilməsi üçün uzun müddət məhkəmə çəkişmələri davam etdi. Nəticədə “RS Construction” MMC olaraq qeyd edilən şirkət (Olympus Park) zərərçəkmiş İlham Sərdarovla barışmağa məcbur oldu.

İndi isə İlham Sərdarovun adı çəkilən məsələdə vəkili olmuş İ.Hacıyevlə məhkəmə çəkişməsi davam edir. Buna səbəb İlham Sərdarovun vəkili ilə bağladığı müqavilə öhdəliyini yerinə yetirməməsidir.

Belə ki, İlham Sərdarova məxsus idman klubu sökülən zaman vəkilin çalışdığı “Himem Consulting” MMC şirkəti ilə müqavilə imzalanıb. Müqavilə şərtlərində razılaşdırılıb ki, İlham Sərdarov alacağı kompensasiyanın (sökülmüş obyektə görə ödənilən ümumi kompensasiyanın dəyəri 1.7 milyon manata yaxındır) 2 faizi qədər ödəniş edəcək. Lakin bütün məhkəmə çəkişmələri bitəndən sonra, qanunsuz söküntü aparan şirkətlə İlham Sərdarov arasında barışıq əldə ediləndən sonra vəkillə müvəkkil arasında razılıq əldə olunmayıb. İlham Sərdarov müqavilədə nəzərdə tutulan 2 faizlik hissəni ödəməkdən imtina edib.

Buna görə də “Himem Consulting” MMC məhkəməyə üz tutub. MMC iddia ərizəsində İlham Sərdarova tikinti şirkəti tərəfindən ödənilmiş nağd pul və daşınmaz əmlakın ümumi dəyərinin 2 faizi olan 34 min 628 manatın tutularaq onlara ödənilməsini istəyib.

İlham Sərdarov isə qarşılıqlı iddia verərək “Himem Consulting” MMC ilə bağladığı müqavilənin etibarsız sayılmasını istəyib. İlham Sərdarov bunu belə izah edir ki, məhkəmə çəkişmələri davam edən ərəfədə İ.Hacıyevdən lazımi xidməti ala bilməyib.

Xətai Rayon Məhkəməsi “Himem Consulting” MMC-nin iddiasını qismən təmin edərək İlham Sərdarovdan 10 min manatın tutularaq iddiaçıya ödənilməsinə qərar verib. İlham Sərdarovun iddiası isə təmin edilməyib.

Bundan sonra “Himem Consulting” MMC Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə Xətai Rayon Məhkəməsinin qətnaməsini qismən ləğv edib. Belə ki, İlham Sərdarovdan 10 min yox, 22 min 640 manat vəsaitin tutularaq “Himem Consulting” MMC-yə ödənilməsini qət edib.

İlham Sərdarov Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verməsə də sonradan kassasiya şikayəti verib.

“Himem Consulting” MMC İlham Sərdarovun kassassiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardad qəbul edilməsini istəyib.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see403

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see191

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri