Liderdən autsayderədək II Liqaya baxış
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan II Liqasında 10 tur geridə qalıb.
Bu ildən çempionatda çıxış edən “Qaradağ Lökbatan” turnir cədvəlinin lideridir. Bakını təmsil edən komanda 9 qələbə qazanıb, 1 dəfə uduzub. Bu görüşlərdə 38 qol vuran lökbatanlılar qapısında 8 qol görüb. Aktivində 27 xal olan “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Marafon”u 4 xal qabaqlayır.
Amit Quluzadənin rəhbərlik etdiyi kollektiv çempionluğun ən böyük favoritidir. Heyətdə Əjdər Hacılı, Sabir Allahquliyev, İbrahim Novruzov kimi Premyer Liqa təcrübəsinə sahib futbolçular var.
Liqada digər iddiaçı “Marafon”dur. 10 oyunda 7 qələbə qazanan və 1 dəfə uduzan sabirabadlılar 2 dəfə də “sülh”lə yadda qalıb. Komandanın aktivində 23 xal var. “Marafon” bir müddət əvvəl ölkə kubokunda “Zaqatala”nı mübarizədən kənarlaşdırmaqla adından söz etdirməyi bacarmışdı.
“Üçlüy”ü “Şirvan” tamamlayır. Bölgə təmsilçisi 7 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. X turda “Marafon”a uduzan (0:2) şirvanlılar ikinci pilləni məhz bu nəticədən sonra əldən verib. “Şirvan” heyətinə görə demək olar ki, çempionatın ən təcrübəli kollektividir. Amil Yunanov, İbrahim Aslanlı, Cəlal Cəbrayılov kimi adlar bölgə klubunun uğurları üçün çalışır.
Liqa ilə maraqlı məqamlardan biri isə bombardirlə bağlıdır. 17 qolla zirvədə olan Elçin Qasımov “Ağstafa Gəncləri”nin formasını geyinir. Komanda turnirin ortabablarından sayılsa da, hücumçunun bu performansı diqqətləri artırır. Qasımov qışa qədər tempini qoruya bilsə, onu komandada saxlamaq çətin olacaq.
II Liqanın autsayderi isə “Şəki”dir. Maliyyə problemləri yaşayan bölgə təmsilçisi gənc futbolçularla oyunlara çıxır. Komanda 10 oyunda 1 qələbə qazanıb, 9 dəfə uduzub. “Şəki” bu görüşlərdə 8 qol vurub, 53-nü buraxıb. Şəkililər buraxılan qol sayında “rekordçu”dur.
Şahin Cəfərov
Baxış sayı:80
Bu xəbər 11 Noyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















