Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Liderin andı güclü və qüdrətli Azərbaycan obrazı

Liderin andı güclü və qüdrətli Azərbaycan obrazı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq–iqtidar vəhdətinin ötən bir ilinə baxış

“Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”. Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsində dilə gətirdiyi bu fikirlər yaşadığımız 14 fevral tarixi ilə səsləşir. 

Bir il əvvəlin bu günü cənab ­İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki çıxışında Azərbaycanın mənzərəsini son dərəcə dolğun şəkildə canlandırmış, perspektiv vəzifələrdən ətraflı söz açmış, dövlət başçısı kimi növbəti müddətdəki fəaliyyətinin prioritetlərini, ümumən ölkəmizin gələcəyə baxışını müəyyənləşdirən istiqamətlərı sadalamışdı. 

Prezidentin həmin çıxışının hazırkı  Azərbaycan reallıqları baxımından nə dərəcədə səsləşdiyinə nəzər salacağıq. Ancaq əvvəlcə onun CGTN telekanalına müsahibəsində səsləndirdiyi daha bir fikri də yada salaq: “Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.

Tam qətiyyətlə deyə bilərik ki, bugünkü Azərbaycan İlham Əliyev prezidentliyinin uğur salnaməsidir. Elə bir salnamə ki, az qala, hər yaşadığımız gün özünə yeni tarixi epizodlar əlavə edir və edəcək. Ötən bir ilin uğurları da bunu söyləməyə əsas verir. Uğurlarımızın isə COP29 kimi nəhənglik etalonu, əsl təntənəsi var. 

Ümumən, hər sözü, hər fikri reallıqla dəqiq və dərin fiksasiya təbiətinə malik dövlətimizin başçısının andiçmə mərasimindəki çıxışının nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyəti üçün daha vacib əhəmiyyət daşıyan hissəsi Cənubi Qafqazda sülhə həsr olunmuşdu. Mövzunu ölkəmizin Ermənistanla münasibətləri seqmentində qabardan Prezident qətiyyətlə bildirmişdi ki, Azərbaycan öz məsələsini həll edib, yəni ərazi bütövlüyünə və suverenliyinə qovuşub: “Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.

Qeyd edək ki, Cənubi Qafqazda sülh gündəliyi özündə dövlətimizin nümayiş etdirdiyi iradə və qətiyyətin ən müxtəlif təzahürlərini canlandırır. Eləcə də dirəniş və əzmimizi. Biz Prezident İlham ­Əliyevin rəhbərliyi altında Ermənistanın havadarlarına qarşı nəinki dirəndik, həmçinin hücuma keçərək, onların mövqelərini də sıradan çıxarmağı bacardıq. Sülh güdəminə müxtəlif digər elementləri daxil etmək cəhdlərini, erməni avantürizmini diri saxlamağa hesablanmış gedişlərini alt-üst duruma gətirdik. Ona görə də deyə bilərik ki, dövlətimizin başçısının andiçmə mərasimində açıqladığı fikirlər Cənubi Qafqazda sülhün xarici dağıdıcı aspektinin uğur qazanmayacağına dair xəbərdarlıq idi. Xəbərdarlıqda barış mühitinin yalnız səmimi mövqeyə köklənməli olduğu uca səslə vurğulanırdı. 

Azərbaycan ortaya hansısa iddia və prinsip qoyursa, hər kəs bilməlidir ki, həmin iddia və prinsiplərin arxasında gerçəklik dayanır və bu gün də belədir. Nəticə göz önündədir. Azərbaycan ötən bir ildə özünün hərtərəfli üstünlüyünü daha da möhkəmləndirib. Üstünlüyümüzü şərtləndirən gücümüzdür. Gücümüzün mənbəyində iqtisadiyyatımız, hərbi potensialımız, inkişafımız, rifahımız və mənəvi dəyərlərə söykənmiş ideoloji sistemimiz dayanır. Bu səbəbdən Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər Azərbaycanı heç nəyin dayandıra bilməyəcəyini anlamalıdırlar. Həm də o səbəbdən anlamalıdırlar ki, Ali Baş Komandan ordusunun hazırkı vəziyyətindən, daha doğrusu, yüksək peşəkarlıq səviyyəsindən tam xəbərdardır: “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir”.

Əlbəttə, demək olmaz ki, Ermənistan və havadarları ötən bir ildə Cənubi Qafqazda sülh quruculuğuna söykənmiş mövqeyimizin dönməzliyini anlayır və lazımi nəticə çıxarırlar. Ancaq İlham ­Əliyevin həyata keçirdiyi kurs onlar üçün çəmbəri əhəmiyyətli dərəcədə daraldıb. Hazırda dövlətimizin başçısının bir il əvvəl səsləndirdiyi “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq” fikri qətiyyətlilik baxımından yeni çalarlar qazanıb. Çünki rəsmi İrəvanın havadarlarının mövqeyi xeyli zəifləyib. 

Məlum olduğu kimi, 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında vasitəçiliyə can atan qütblər bir-biri ilə qlobal rəqabətə girişirmişdilər. Dövlətimizin başçısı bir il əvvəlki çıxışında vasitəçiliyin konkret formulunu müəyyənləşdirmiş və bildirmişdi ki, bu missiyada diplomatik qaydalara riayət etmək şərtdir. Ancaq şərtə əməl edənlər olmamışdı. Ən əsası isə Prezident “Bizə bu məsələdə vasitəçi lazım deyil”, – deyərək Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına qlobal rəqabət kontekstində yanaşanlara qarşı sərt mövqe səsləndirmişdi. Hazırda bu mövqenin faydaları göz önündədir. Belə ki, indi Azərbaycan və Ermənistan arasında vasitəçilik dövrü geridə qalıb. Fransa başda olmaqla, bəzi qüvvələrin ermənipərəst tərəfkeşliyi danışıqlar müstəvisinə gətirmək niyyətləri puça çıxıb. Nəticədə, onların İrəvanı müdafiə imkanları tükənib. Müvafiq olaraq, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artıb. Bu gün tam qətiyyətlə deyə bilərik ki, Cənubi Qafqazın gündəmini müəyyənləşdirən Azərbaycandır və bəd niyyətlər üçün çəmbəri daraldan isə nümayiş etdirdiyimiz prinsipiallıqdır.  

“Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!” 

Bu fikirlər də Prezident İlham ­Əliyevin bir il əvvəl andiçmə mərasimindəki çıxışındandır. Dövlətimizin başçısı həmin çıxışda, eyni zamanda,  qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə hazır olmaq vəzifəsini müəyyənləşdirmişdi. Bu gün gözlər önündə özünə qarşı bütün məkrli planları böyük məharətlə pozmuş Azərbaycan obrazı canlanır. İlham Əliyev liderliyinin təcəssümü olan obraz son bir ildəkindən daha qətiyyətli, daha mübariz və daha əzmkardır. Ölkəmizin xarakterini sübuta yetirən faktların sayı-hesabı yoxdur. 

Sonda qeyd edək ki, Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan xalqına arxalandığını vurğulamışdı. “Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb”, – deyən Prezidentin bildirdikləri qürur və fəxarət doğurur. Nəzərə alaq ki, ötən bir ildə ölkəmizdə xalq–iqtidar vəhdəti də möhkəmlənib. Bu möhkəmlik isə dövlətimizin və dövlətçiliyimizin əbədilik təminatıdır. Yaşasın İlham Əliyevli müstəqil və güclü Azərbaycan!

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri