Icma.az
close
up
RU
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? Deputat AÇIQLADI

Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? Deputat AÇIQLADI

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 4 iyul 2025-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın Xankəndi şəhərində keçirilir.

Görüşün mahiyyəti, o cümlədən Xankəndidə keçirilməsinin dünya ölkələrinə verdiyi mesaj ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlama verib.

Deputat öz açıqlamasında bildirib ki, zirvədə yüksək səviyyəli iştirakın müşahidə olunması Azərbaycanın nüfuzunu və gücünü göstərir:

"Bu görüş yalnız iqtisadi əməkdaşlıq sahəsində deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Xankəndidə - bu zirvənin təşkil edilməsi beynəlxalq arenada güclü siyasi mesajlar göndərir.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistanın təşəbbüsü ilə yaradılmış regional təşkilatdır. Hazırda 10 üzv dövlət (Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) təşkilata üzvlüklərini davam etdirirlər. Təşkilat 500 milyondan çox əhali və 9 trilyon dollardan çox ÜDM-ə malikdir.

Bu zirvədə yüksək səviyyəli iştirak müşahidə olunur. Bu Azərbaycanın nüfuzunu və gücünü göstərir.

Deputat qeyd edib ki, görüşün Xankəndidə keçirilməsi çox önəmlidir:

"Xankəndidə ECO zirvəsinin keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmasının ən güclü nümayişidir. Xankəndində beynəlxalq zirvənin təşkil edilməsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq ictimaiyyatin bu reallığı qəbul etməsi, Qarabağın artıq tam şəkildə Azərbaycanın nəzarətində olması kimi kimi mesajlar verir.

Azərbaycanın üçüncü dəfə ECO zirvəsinə ev sahibliyi etməsi ölkənin regional liderlik mövqeyinin güclənməsini göstərir. Bununla deyə bilərik ki, Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi rolu oynayır. 

Xankəndidə zirvənin keçirilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı yenidən qurma işlərinin beynəlxalq tanınmasıdır".

Deputat həmçinin əlavə edib ki, Türkdilli dövlətlərin Prezidetlərinin zirvədə iştirakı türk dövlətlərinin strateji müttəfiqliyinin gücünü bir daha nümayiş etdirir:

"Bu görüş Türk dünyasının birliyini sübut edir. Xankəndidəki zirvə Ermənistan üçün güclü siyasi mesajdır. Belə ki, görüş keçmiş işğal siyasətinin tamamilə uğursuz olduğunu göstərir. Bununla yanaşı, bölgədə izolyasiya riski ilə üzləşdiyini xatırladır. Ermənistan üçün yeni reallıqları qəbul etmək zərurətini vurğulayır.

Bu zirvə həmçinin Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğurunu və ölkənin regional iqtisadi inteqrasiyada oynadığı artan rolun əhəmiyyətini vurğulayır. Gələcəkdə bu tip tədbirlərin bölgədə sülh və rifaha töhfə verəcəyi gözlənilir.

Xankəndidə keçirilən bu zirvə yalnız iqtisadi əməkdaşlıq sahəsində deyil, həm də geosiyasi baxımdan yeni səhifənin açılmasını simvolizə edir. Bu, Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki qələbəsinin diplomatik və iqtisadi baxımdan davamı kimi qiymətləndirilə bilər".

Oksana Orucova


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri