Icma.az
close
up
RU
Dünyaya Xankəndi MESAJI

Dünyaya Xankəndi MESAJI

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əsrlərdən bəri davam edən işğal və separatizm dönəmi artıq keçmişdə qaldı. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il Vətən müharibəsində qazandığı Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Xankəndi işğaldan azad edildi, şəhər Azərbaycanın tam suverenliyi altına keçdi. İndi bu şəhər Azərbaycanın siyasi, iqtisadi və diplomatik gücünün simvoluna çevrilib.

Xanın kəndi bu gün dünya liderlərini qarşılayır

Xankəndi bir zamanlar qanunsuz qurumların, separatçı rejimin mərkəzi sayılırdı. Amma bu gün dövlətlər və liderlər bu şəhəri Azərbaycanın bir parçası olaraq tanıyır və ziyarət edirlər.
2025-ci il iyulun əvvəlində Xankəndi altı ölkənin prezident və yüksək səviyyəli nümayəndə heyətini qəbul etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Pakistanın baş naziri Şahbaz Şərif, Qırğızıstan prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ərsin Tatar Xankəndidə qarşılanır.
Bundan əlavə, Əfqanıstanın müvəqqəti hökumətini təmsil edən nümayəndə heyəti də tədbirdə iştirak edir. Bu, Azərbaycanın diplomatik uğurlarının və Qarabağ reallığının beynəlxalq legitimlik qazandığının sübutudur.

İranın fars şovinizmindən azad olma meyli

Xankəndidə iştirak edən ən diqqətçəkən liderlərdən biri İranın yeni prezidenti Məsud Pezeşkiandır. Təbrizli bir türkün Xankəndidə görünməsi həm simvolik, həm də strateji mesaj daşıyır.
İran artıq əvvəlki kimi Rusiyanın sateliti olmaq istəmir. İsrail-İran qarşıdurmasında Rusiyanın İranı satdığı kimi iddialar da var, Tehran da bunu anlamaamış deyil. Fars şovinizminin regionda dominant olmasına qarşı içəridən etiraz var. Pezeşkianın Xankəndi səfəri, Azərbaycanla münasibətlərin yenidən qurulması tarazlıq və Türk dünyası ilə yaxınlaşmanın əlamətidir.

Paşinyan gəlmək istəsə də…

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hər nə qədər daxili təzyiqlərlə üzləşsə də, bir həqiqəti açıq etiraf edib ki, Qarabağ Azərbaycanın ərazisidir.
O, siyasi iradəsi olsa və imkan tapsa, Xankəndiyə səfər edərdi. Çünki Ermənistan özü də bu gün Azərbaycanla sülh müqaviləsinin imzalanmasına ehtiyac duyur.
Türkiyə, Özbəkistan, Pakistan, Qırğızıstan, KKTC, Əfqanıstan Xankəndidə

Bu dövlətlərin liderlərinin və nümayəndələrinin Xankəndiyə gəlməsi bir tərəfdən Azərbaycanla həmrəyliyin göstəricisidir, digər tərəfdən isə geosiyasi mesajdır.
Bölgədə artıq yeni güc mərkəzi formalaşır, Türk Dövlətləri Təşkilatı və onun regional nüfuzu.

Bu da onu göstərir ki, Xankəndi yalnız Azərbaycanın deyil, Türk dünyasının və İslam aləminin də şərəf məsələsinə çevrilib.
Qərb və Şərq birlikdə, NATO, ABŞ, Avropa, Çin, Asiya Azərbaycanın mövqeyini qəbul edir

Xankəndiyə olan bu diqqət onu göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul edib.
Dünyanın əsas gücləri NATO ölkələri, ABŞ, Çin, Avropa İttifaqı və Asiya dövlətləri bu yeni reallığı tanıyır və qəbul edir. Azərbaycan diplomatiyası hərbi zəfəri siyasi zəfərlə tamamlayıb.

Dünya ədaləti qəbul etdi, Azərbaycanın 30 illik mübarizəsi nəticə verdi

30 ildən artıq davam edən işğal, ədalətsiz qərarlar, beynəlxalq susqunluq Azərbaycan xalqını haqq yolundan döndərə bilmədi. Nəhayət, dünya Azərbaycanın haqq mübarizəsini tanıdı.
Xankəndiyə bu gün qonaq gələn dövlətlər təkcə siyasi yox, mənəvi bir mövqe ortaya qoyurlar. Bu da o deməkdir ki, onlar ədalətin, haqqın yanındadırlar.

Xankəndi heç vaxt bu qədər lider görməmişdi

İşğal dövründə Xankəndiyə yalnız qondarma qurumun təmsilçiləri, kölgə rejimləri və rus əsgərləri gəlirdi. Bu gün isə beynəlxalq legitimliyi olan dövlətlərin prezidentləri, bayraqları və sülh mesajları ilə gəlirlər.

Xankəndi daha da inkişaf edəcək

Azərbaycan dövləti Xankəndinin infrastrukturunu bərpa etməklə yanaşı, onu regional iqtisadi və logistik mərkəzə çevirməyi qarşısına məqsəd qoyub. Artıq yollar, məktəblər, sosial obyektlər tikilir.
Burada Zəngəzur dəhlizi ilə inteqrasiya, ticarət mərkəzləri, diplomatik missiyalar açılması gələcəyin reallığına çevriləcək.
Xankəndi - qələbənin şəhəri, Azərbaycanın güc vitrini

Bugünkü Xankəndi, dünənki əsarət simvolu deyil. O, artıq müstəqilliyin, qələbənin, diplomatik iradənin və milli suverenliyin timsalına çevrilib. Bu şəhər göstərdi ki, Azərbaycan bacardı, dünya sonda ədaləti qəbul etməyi bacardı.
Bu gün Xankəndidə keçirilən beynəlxalq konfras həm də dünyaya bir Xankəndi mesajıdır.
Bu mesaj işğala yox, sülhə çağırış, ədalət mesajıdır.
Modern Təhlil Mərkəzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see312

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see283

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see215

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see199

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see195

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see195

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see190

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see187

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see184

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see180

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see180

Novxanıda hotel yanır

19 May 2026 19:10see174

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see171

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see170

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see163

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see158

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see153

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see153

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see150

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri