Icma.az
close
up
RU
Liman Lənkəranın “şəhər balası”

Liman Lənkəranın “şəhər balası”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Planetlərin ətrafında onların cazibə dairəsində dolanan peyklər olduğu kimi, iri şəhərlərin, paytaxtların da yaxınlığında peyk-şəhərlər mövcuddur. Bakı ətrafında Sumqayıt və Xırdalan, Xaçmaz rayonunda Xudat, Cəlilabadda Göytəpə, Lənkəran yaxınlığında isə Liman belə peyk-şəhərlərdəndir.

Lənkəranın peyk-şəhəri ötən əsrin sonuna qədər – düz 75 il Port-İliç qəsəbəsi kimi tanınıb. Əsrin son ilində isə şəhər statusu alıb və artıq 25 ildir ki, Liman şəhəri adlanır. Ötən ilin statistikasına görə, 12 mindən artıq əhalisi var.

Bu Xəzəryanı şəhər bir vaxtlar Balıqçılar kəndinin bir hissəsi idi və limanı ilə məşhurlaşmışdı. Port-İliç adı həmin əraziyə ötən əsrin əvvəllərində ermənilərin və ağqvardiyaçı denikinçilərin bu ərazilərdə qeyri-azərbaycanlıları məskunlaşdırması səbəbindən verilib. Tarixi sənədlərdən məlumdur ki, qəsbkarlar burada da kütləvi qətl və qarətlər həyata keçiriblər. Hərbi “paraxoddan” şəhər top atəşinə tutulub. Yəni nə vaxtsa irticaya əsaslanan bu ad dəyişdiriləcəkdi. Bu, sovet dövründə mümkün olmasa da, müstəqillik bərpa edildikdən sonra, nəhayət, baş tutub.

Böyük yaşayış məntəqəsində rayonun balıq kombinatı olub, əhali duz istehsal edib, eləcə də iri ərzaq və emal bazaları burada yerləşib. İndi yalnız neft terminalı bazası qalır. Limanda, həmçinin dəyirman, broyler fabriki, çörək sexi və fermer təsərrüfatları fəaliyyət göstərir. Qumbaşı və Şirinsu kəndləri də bu inzibati əraziyə daxildir. Çayçılıq və sitrusçuluq sahələri inkişaf etdirilir. Lənkəranda aparılan geniş abadlıq-quruculuq işləri, infrastruktur yenilənmələri, sosial inkişaf peyk-şəhərə də təsirsiz ötüşməyib. Qumbaşı tərəfdəki “Qala” kompleksinin səliqə-sahmanı şəhər barədə ilk xoş təəssürat yaradır.

Dron videosunda Liman şəhərinin mərkəzi küçəsi 2 əsas döngəsi ilə balıqçı qarmağını xatırladır. Yadıma 84 illik ömrünü bütünlüklə burada yaşamış, AYB Lənkəran bölməsinin rəhbəri olmuş şair İltifat Salehin misraları düşür:

Bu Liman şəhəri – kövrək xatirə,
Ötən günlərimə işıqlı cığır.
Sahilə gedəndə qarmaq atmağa
Yadına düşərsəm, məni də çağır...

Yeri gəlmişkən, adı romantik ovqat yaradan şair və yazıçıların xatirəsi Liman şəhərində layiqincə əbədiləşdirilib. Burada M.Ə.Sabir, M.V.Vidadi, M.Ş.Vazeh, Mikayıl Müşfiq, C.Cabbarlı, N.Nərimanov, R.Rza, Ş.Aslan kimi, İ.Salehin də adına küçə var. Əksəriyyətində abadlıq işləri görülüb.

Yeni əsrin əvvəllərindən “üzü gülən” Liman şəhəri xeyli gözəlləşib. Burada 4 tam orta məktəb, 5 uşaq bağçası, Sağlamlıq mərkəzi, vağzal, rəqəmsal ATS və şadlıq sarayı, 4 ibadətgah var. Cənub Regional Boks Mərkəzi fəaliyyət göstərir. Şəhərin əsas parkı öz yaşıllığı, fəvvarəsi ilə yolçulara “gəl-gəl” deyir. Dekorativ ağaclar, oturacaqlar, işıq qəndilləri dincələnlərin tam rahatlığı üçündür.

“Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mart ayında Ələt-Astara avtomobil yolunun Lənkəran rayonundan keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Boladi, Girdəni, Haftoni, Qrumba, Şağlakücə, Kərgəlan, Şürük, Səpnəkəran və Sütəmurdov əraziləri ilə bərabər, Limanda da yüzlərlə sərv tingləri basdırılıb, yeni əkinlər suvarılıb və dayaqlarla bərkidilib. Ağacəkmə aksiyası ilboyu davam etdirilir.

Bir qədər öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq, Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Sakinlərin qayğı və problemlərinin öyrənilməsinə, qaldırılan məsələlərin həllinə operativ və ədalətli yanaşılmasına xidmət edən qəbulda əvvəlki görüşdə qaldırılan məsələlərin icra vəziyyətindən danışılıb. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının, birbaşa dialoqun təşkilinin Prezident İlham Əliyev tərəfindən məmurlar qarşısında qoyulan əsas tələblərdən olduğunu qeyd edən Taleh Qaraşov bildirib ki, səyyar görüşlərdə qaldırılan bütün məsələlər onun şəxsi nəzarətindədir və hər birinin icra vəziyyəti barədə qanunvericiliyə uyğun müddətdə vətəndaşlara cavab verilir.

Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci il tarixli qərarı ilə Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı təsdiq olunub. Qeyd edək ki, cari ilin may ayında Lənkəran Şəhər İcra Hakimiyyətində Liman şəhərinin Baş Planının 22 dövlət qurumu ilə razılaşdırılmış yekun layihəsinin ictimai müzakirəsi keçirilib. Şəhərin uzunmüddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədi olan Baş planda əhalinin artım səviyyəsinə əsasən (hesabat müddətinin sonuna qədər Liman şəhəri əhalisinin artaraq 14000 nəfərə çatması gözlənilir) rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud infrastrukturun təkmilləşdirilməsi, həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidən qurulması, ictimai-işgüzar zonaların yaradılması nəzərdə tutulur. Baş plandakı perspektiv işlərin icrası fəaliyyət növlərinə görə zamanla, mərhələlər üzrə həyata keçiriləcək...

İyun ayında Cənub Regional Boks Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Boks Federasiyasının vitse-prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli də iştirak ediblər. Buradakı şəraitlə tanışlıq zamanı vurğulanıb ki, Mərkəz sadəcə bir idman zalı deyil, eyni zamanda, sağlamlığın, iradənin, gənclərin inkişafının və vətənpərvərliyin simvoludur. Zaman-zaman burada güclü idmançılar hazırlanıb. Xüsusilə, Əməkdar məşqçi Əlizadə Əsədovun rəhbərliyi ilə boks idman növü inkişaf edib.

Lənkəranın peyk-şəhəri Limanda sevinc, fərəh, firavanlıq lövbər salıb. Mayakı sabaha inamdır Limanın.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri