Lionel Messi Argentinaya qayıtmayacaq
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerasına başladığı "Nevell's Old Boys" klubuna qayıtmaq fikri yoxdur. Sport24.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabriso Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə,39 yaşlı argentinalının "İnter Mayami"ni tərk etməyi planlaşdırdığını düşünməyə heç bir əsas yoxdur. Üstəlik, tərəflər arasında heç bir danışıq da aparılmır.
Messi Amerika klubundakı vəziyyətindən tamamilə razıdır. Onun ailəsi də Mayamidə özünü rahat hiss edir və futbolçunun karyerasının bu mərhələsini dəstəkləyir.
Argentinalı futbolçunun "İnter Mayami" ilə 2028-ci ilə qədər müqaviləsi var və o, sözləşmənin müddəti bitənə qədər komandada qalmaq niyyətindədir. Müqavilə müddəti başa çatdıqdan sonra onun uzadılıb-uzadılmaması ilə bağlı qərar futbolçunun özündən asılı olacaq.
Hazırda Messi diqqətini Amerika klubundakı çıxışlarına yönəldib. Eyni zamanda, o, gənc istedadları dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyan "Messi Kuboku" (Messi Cup) adlı turnirin təşkili üzərində işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















