Son rəqs üçün Argentinaya gəldi Messi milliyə vida edir
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Lionel Messi Argentina millisində son oyununu keçirmək üçün yığmanın düşərgəsinə qoşulub.
Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu əvvəlcə ailəsi ilə birlikdə ABŞ-dan doğma şəhəri Rosariyoya gəlib.
O, daha sonra Buenos-Ayresə yollanaraq Eseyzadakı Argentina Futbol Assosiasiyasının bazasında komanda yoldaşlarına qoşulub.
Messi Argentina forması ilə vida oyununu oktyabrın 6-da Benin yığmasına qarşı keçirəcək.
Yoldaşlıq görüşü Buenos-Ayresdəki “Monumental” stadionunda baş tutacaq.
Argentina Futbol Assosiasiyası vida mərasiminə 2022-ci ildə dünya çempionu olan heyətin üzvlərini də dəvət edib.
Qarşılaşmanın Messinin 21 ildən artıq davam edən milli karyerasında sonuncu oyun olması nəzərdə tutulub.
Qeyd edək ki, Messi Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. O, yığma ilə 2022-ci ildə dünya çempionu olub.
“Fənərbaxça” Bakıdan qalib ayrılır - YENİLƏNİB “Sabah”dan Kosovo klubuna Rafinya bütün rəqiblərini geridə qoydu Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Oktyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















