Lionel Messi dünya 63 illik rekordu təkrarlayıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə matçda (3:2) fərqlənərək dünya çempionatlarının pley-off mərhələsində ən uzun qol seriyası ilə bağlı rekordu təkrarlayıb.
Moderator.az "Opta Analyst"ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu dünya çempionatının ardıcıl 5 pley-off oyununda qol vuraraq turnirin bu mərhələdəki rekord seriyasına şərik olub.
Kabo Verde ilə görüşün 29-cu dəqiqəsində hesabı açan təcrübəli oyunçu dünya çempionatlarında özünün 20-ci qolunu vurub. Futbolçunun bu uğurlu seriyası DÇ-2022-də start götürüb. O, 1/8 finalda Avstraliya, 1/4 finalda Niderland, yarımfinalda Xorvatiya və finalda Fransa yığmalarının qapısına yol tapıb.
Qeyd edək ki, əvvəllər dünya çempionatlarının pley-off mərhələsində ardıcıl 5 oyunda braziliyalılar Leonidas (1934 və 1938-ci illərdə), Vava (1958 və 1962-ci illərdə) və macarıstanlı Dyerd Şaroşi (1934 və 1938-ci illərdə) qol vurmağı bacarıblar. Beləliklə, Messi 1962-ci ildən sonra bu göstəricini təkrarlayan ilk oyunçu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 İyul 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















