Icma.az
close
up
RU
“İmişli”də stadion problemi: “Harda desələr, orda da oynayacağıq”

“İmişli”də stadion problemi: “Harda desələr, orda da oynayacağıq”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “İmişli”nin ev oyunlarını harada keçirəcəyi məlum deyil. Çempionatın startına bir ay vaxt qalmış məsələ ilə bağlı qeyri-müəyyənlik davam edir.

Kuluarlarda gah Ağsu şəhər stadionunun, gah da “ASK Arena”nın klubun sərəncamına veriləcəyi bildirilir. Ötən mövsüm ev oyunlarını İmişlidə keçirən klub stadionun mülkiyyət hüququnu ala bilmir və bu səbəbdən təmirə pul ayıra bilmir. Arena MKT Şirkətlər Qrupuna məxsusdur.

Klubun icraçı direktoru Akşin Mürsəlov “FutbolPress“ə açıqlamasında stadion məsələsindəki qeyri-müəyyənliyin davam etdiyini söylədi:

“Hələ nəsə yoxdur. Harda stadion versələr, orda oynayacağıq. Desələr Ağsuda oynayın, Ağsuda oynayacağıq, yox Quba desələr Qubada. Özümüz İmişlidə oynamaq istəyirik, amma hüquqi məsələlərə görə qalıb. Təəssüf ki, arena hazır deyil və hüquq məsələ həll olunmadığına görə təmirə başlaya bilmirik. Bir neçə variant var və hansını desələr, onu qəbul edəcəyik”.

“İmişli” baş məşqçi postuna portuqaliyalı Kasqilyanı gətirib. Transfer çalışmalarını da davam etdirən bölgə təmsilçisi Azər Salahlı (“Neftçi”), İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas (“San Juan”, Portuqaliya) ilə güclənib. Mürsəlov komandanın iddiasından danışdı:

“Transferlərimiz davam edir. Premyer Liqada orta sıralarda yer almaq istəyirik və bu hədəf üçün komanda qurulur. Çalışırıq ki, mübarizə və döyüşkən kollektiv formalaşdıraq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri