Lisey və gimnaziyalara qəbulda 343 şagird təkrar qiymətləndirməyə cəlb olunub
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunmuş uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.
Bu barədə Demokrat.az-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, bu məqsədlə İnstitutda xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.
"Sözügedən komissiya tərəfindən 14–18 iyul 2025-ci il tarixlərində valideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.
Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.
Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir", - İnstitutdan vurğulanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Lisey və gimnaziyalara şagird qəbulu Qayda dəyişdi
28 Oktyabr 2025 10:13
Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
05 İyun 2025 13:30
Bu il 3600dən çox şagird lisey və gimnaziyalara qəbul olub
29 Dekabr 2024 17:03
Lisey və gimnaziyalara şagird qəbulu yalnız 7 ci siniflər üzrə aparılacaq
28 Oktyabr 2025 10:08
Lisey və gimnaziyalara qəbulda hansı yeniliklər var? AÇIQLANDI
29 Oktyabr 2025 16:14
Baxış sayı:113
Bu xəbər 28 İyul 2025 18:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları