Litva ikili təyinatlı məhsulların ixracına qoyulan qadağaya görə 250 milyon avro itirəcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Litvada yanvarın 1-dən qüvvəyə minən ikili təyinatlı məhsulların üçüncü ölkələrə ixracına qoyulan qadağa 2025-ci ildə Baltikyanı respublikada biznesi 250 milyon avro itki ilə təhdid edir.
APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin iqtisadiyyat və innovasiyalar naziri Lukas Savitskas məlumat verib.
“Yeni ixrac məhdudiyyətləri Litva biznesini təxminən 250 milyon avro gəlir əldə etməsinə mane ola bilər”, - nazir vurğulayıb.
Dekabrda keçirilən parlament seçkilərindən sonra istefa verən əvvəlki nazirlər kabineti ikili təyinatlı malların siyahısını bir neçə minə qədər genişləndirib və onların Rusiyaya tədarük ediləcəyindən ehtiyatlanaraq üçüncü ölkələrə ixracını qadağan edib.
Üçüncü ölkələr dedikdə, Avropa İttifaqının üzvü olmayan və Avropa İqtisadi Birliyinin üzvü olmayan dövlətlər nəzərdə tutulur.
Yeni kabinet bu siyahıya yenidən baxmaq niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Yanvar 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















