Icma.az
close
up
RU
Litva Rusiyadan qorunmaq üçün əlavə bir milyard avro xərcləyəcək

Litva Rusiyadan qorunmaq üçün əlavə bir milyard avro xərcləyəcək

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Litvanın Müdafiə Nazirliyi böyük müdafiə təşəbbüsü elan edib. Ölkə yaxın onillikdə Rusiya və Belarusla şərq sərhədini möhkəmləndirmək üçün 1,1 milyard avro xərcləyəcək.
Reyting.az
xəbər verir ki, bu məbləğin əsas hissəsi - 800 milyon avro - tank əleyhinə minaların alınmasına və quraşdırılmasına sərf ediləcək.
Bu cür tədbirləri Rusiyanın xüsusən də Ukraynaya qarşı müharibədə uğur qazanacağı təqdirdə mümkün təhlükə ilə bağlı narahatlıqların artması ilə izah edilir. Rusiyanın Kalininqrad vilayəti və Belarusun şimal-qərbi ilə həmsərhəd Baltikyanı ölkələr olan Litva, Latviya və Estoniyanın növbəti hədəfə çevrilə biləcəyi istisna edilmir.
Bu kimi sərmayələrin gələcək potensial təcavüzün qarşısını almaq və yavaşlatmaq məqsədi daşıdığı bildirilir. Mina sahələrinə əlavə olaraq, “Baltik müdafiə xətti” sisteminin – regional möhkəmləndirilmiş xəttin fəal şəkildə inkişaf etdirilməsi planlaşdırılır.
Tədbirlər paketinə həmçinin tank əleyhinə silah ehtiyatlarının artırılması, elektron müharibə və əks-dron, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi də daxildir.
Yanvar ayında Litva 2026-2030-cu illər arasında müdafiə büdcəsini illik ÜDM-in 5-6 faizinə qədər artırmağı planlaşdırdığını elan edib. Litvanı Polşa ilə birləşdirən strateji quru hissəsi olan Suvalki dəhlizinin qorunmasına xüsusi diqqət yetirilir. Bu dəhlizin potensial ələ keçirilməsi, NATO-nun hesablamalarına görə, Baltikyanı dövlətləri alyansın qalan hissəsindən təcrid edə bilər. Apreldə məlum olub ki, Litvada Suvalki boşluğunu təmin etmək üçün Polşadan qoşun və silahların köçürülməsi üçün ikinci təchizat marşrutu qurmağı planlaşdırır.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri