Icma.az
close
up
RU
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Həm hücumda, həm də müdafiədə çox bərbad çıxış etdik. Bunun dəqiq səbəbini bilmirəm, bəlkə də hazırlıq matçlarının azlığı və ya digər amillər təsirini göstərdi. Məşqlərdə yaxşı təsir bağışlasaq da, görünür, hələ də bir-birimizi tam hiss edə və meydançada lazımi köməyi göstərə bilmirik. İnanıram ki, bu, cari mövsümdə göstərdiyimiz sonuncu ən pis oyun olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “LANDAU Lions”un litvalı basketbolçusu Gediminas Orelik FIBA Avropa Kubokunun G qrupunda Bakıda İsveçrənin “Lions de Geneve” klubuna 83:105 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.

Komandanın turnirdəki hədəflərindən danışan 36 yaşlı hücumçu mümkün qədər irəliləmək istədiklərini bildirib: “Tədricən öz oyunumuzu tapacağıq və hər matçda daha yaxşı təsir bağışlamağa çalışacağıq. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Təcrübəli basketbolçu şəxsi statistikasından çox komandanın nəticəsinin önəmli olduğunu vurğulayıb: “Şəxsi çıxışım haqqında danışmağı sevmirəm. Əgər məğlub oluruqsa, deməli, çıxışım pisdir. Mən az xal toplayım, təki komanda qələbə qazansın. Yaşımın bu mərhələsində şəxsi statistikalarım haqqında düşünmürəm. Bizim üçün prioritet komandanın uğuru və qələbəsidir”.

Qeyd edək ki, bu qrupda Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” klubları da yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri