Icma.az
close
up
RU
Livandakı dürzilərin lideri: Türkiyədən qorxmuruq, bugünki Türkiyə Ərdoğanın əsəridir

Livandakı dürzilərin lideri: Türkiyədən qorxmuruq, bugünki Türkiyə Ərdoğanın əsəridir

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ankaraya səfərim Suriyanı qucaqlamaq və yeni rejimə kömək etməkdir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livandakı druzların (bu toplum Suriyadada müəyyən gücə sahibdir -Mia.az) lideri Velid Canbolat Livanın özəl televiziya kanalı LBC-yə müsahibəsində deyib.

Türkiyəyə səfərinin məqsədindən danışan Canbolat bildirib ki, onlar qonşu ölkədəki dəyişikliyə dəstək verirlər: “Biz Suriya və onun yeni lideri Əhməd Şara ilə əlaqəni gücləndiririk. Biz artıq Türkiyədən, onun rolundan qorxmuruq. Türkiyə indi Ərdoğanın Türkiyəsidir, onu fərqli edən onun böyük müxtəlifliyidir. Türkiyə Suriya xalqını qucaqlayıb. Bizdə onların yanındayıq".

Dürzi lideri qeyd edib ki, İsrailin Suriyaya hücumunu da qəbuledilməz sayıb: "İndi ən əhəmiyyətlisi İsrailin bölgədəki təsirini və genişlənməsini məhdudlaşdıra biləcək ölkələrlə əməkdaşlıq etməyimizdir. Türkiyə də bu ölkələrdən biridir".

Xatırladaq ki, 15 dekabr 2024-cü ildə telefon danışığında Əsəd rejiminin devrilməsi münasibətilə Şəranı təbrik edən Canbolat dekabrın 22-də paytaxt Şamda Şara ilə görüşüb.

Druziyanın lideri Canbolat 24 dekabr 2024-cü il tarixində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Külliyesində qəbul edilib.

Məlumat üçün qeyd edək ki, o, Livandakı druz icmasının görkəmli lideri sayıılır. Velid Canbolatın atası, Tərəqqi Sosialist Partiyasının qurucusu Kamal Canbolat Livanda vətəndaş müharibəsi başlayandan 2 il sonra - 1977-ci ildə öldürülüb. Atasının qətlindən sonra partiyanın başqanı olan Vəlid Canbolat 46 il bu vəzifəni davam etdirib. 2023-cü ilin iyununda istefa verdikdən sonra onun oğlu Teymur Canbolat partiyanın yeni sədri seçilib.

Onu da qeyd edək ki, Velid Canbolat atasının öldürülməsinin arxasında Suriya rejiminin olduğunu bildirir.

Tahir Şəlvəli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri