Icma.az
close
up
RU
Türkiyədən kömək istəyən Tuska Ərdoğanın şərti ...

Türkiyədən kömək istəyən Tuska Ərdoğanın şərti ...

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün seçkiqabağı verdiyi vədlərə uyğun başlatdığı danışıqlar prosesi ilkin mərhələdə Ağ Evdə Ukrayna tərəfindən ləngitmək kimi təqdim edilsə də, sonradan Ər-Riyadda gedən ABŞ - Ukrayna danışıqlarından əldə edilən razılaşmanı Rusiya qəbul etməməklə ilk növbədə Tramp administrasiyasını gülünc vəziyyətə saldı.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, az qala Rusiyanın vəkili kimi, çıxış edən Donald Tramp Ukrayna-Rusiya arasında atəşkəsi əldə etmək üçün bütün müttəfiqləri ilə üz-üzə gəldiyi halda, Putinin hərbi formasından aldığı reaksiya ilə özünün yox ABŞ - ın imicini yerə çırpdı. Bəlli idi ki, Putinin atəşkəs üçün irəli sürdüyü şərtlərin qəbulu mümkünsüzdür. Bəs sual olunur ki, onda, nəticə Donald Trampa bəlli olduğu halda niyə Ukraynanı sıxır, Zelenskiyə təzyiq edirdi?

Əgər prosesi Tramp Rusiya əlaqələri barədə söylənən fikirlərdən yana analiz etsək qənaət budur ki, Trampın Ukrayna ilə bağlı gedişləri sırf ABŞ üçün qazanc və mənfəət prinsipləri əsas olub. Yəni, Tramp Zelenskini ABŞ dəstəyini dayandırmaq hədəsi, şantajı ilə Ukraynanın təbii ehtiyatlarını ələ keçirmək niyyətindədir:

"Donald Tramp ABŞ-ı siyasi idealoji prinsiplə deyil, iqtisadi mənfəət anlayışı ilə idarə etməyə çalışır. Donald Trampın gedişlərinun güya Rusiya-Çin birliyini dağıtmağa hesablandığı fikirlər də özünü doğrultmur. Belə ki, Rusiya, Çin, İran arlarında hərbi əlaqələrini gücləndirməkdə davam edir.

Donald Trampı Avropadakı müttəfiqləri maraqlandırmır. Makron Parisdə 30 dan çox dövləti hərbi ittifaqda bağlamağa çalışır. Ancaq görünür ki, uğursuzdur. Avropa isə özünün Rusiyadan xilası üçün Türkiyəyə sığınır. Belə olmasaydı, Avropa Polşanın Baş naziri Donald Tusku Ərdoğanla elçi göndərib kömək istəməzdi. Tusk:"Prezident Ərdoğana açıq şəkildə təklif etmişəm ki, Türkiyə Ukraynadakı sülh prosesi və regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürməlidir"- deyə bildirib. Türkiyə prezidenti Ərdoğan isə "Türkiyə və Polşa NATO-nun şərq və cənub cinahlarında yerləşir və Avropada ən böyük NATO quru ordularına malikdir. Onun sözlərinə görə, iki ölkə Avropanın təhlükəsizliyinin gələcəyində əvəzolunmazdır. Avropa İttifaqı öz gücünü saxlamaq istəyirsə, Türkiyəyə tamhüquqlu üzvlük verməlidir"- deyə bir növü belə bir şərt irəli sürüb".

Onun sözlərinə görə, Tusk Türkiyənin Avropa kursunu dəstəklədiyini bildirsə də, Türkiyənin Avropa İttifaqı üzvlüyü çox çətin məsələdir. Avropa ən son anda özlüyündə Türk-müsəlman hökmranlığındansa Rusiya-xristian təsirini qəbul etməyi üstün sayar. Baxmayaraq ki, Avropa İttifaqının özünün gələcək taleyi sual altındadır,dağılma ehtimalı da artmaqdadır:

"Ancaq, Türkiyənin Avropa İttifaqına tam üzvlük istəyi qəbul edilməsə də, Ankara Avropanın və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Bu Türkiyənin bütün Avropaya təsir imkanlarını genişləndirmək və hətta Osmanlı dövrünün nüfuzunu bərpa etmək üçün əlverişli siyasi fürsətdir".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Mart 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri