Icma.az
close
up
RU
Türkiyə Türkiyədən böyükdür

Türkiyə Türkiyədən böyükdür

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Qardaş Türkiyədə İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlunun və digər şəxslərin korrupsiya, vəzifədən sui-istifadə motivləri üzrə həbsi və bundan sonra başlayan proseslər əsas müzakirə mövzularından biri kimi gündəmdə qalmaqdadır.
Türkiyə demokratik dəyərlərin, hüquqi və qanunun aliliyinin qorunduğu, məhkəmələrin şəffaf və dürüst işlədiyi ölkələrdən biriridir. “Ədalət mülkün təməidir” prinsipi bu ölkədə hər zaman ali meyar kimi qorunub saxlanılır. Ona görə də, ədalətin ali tribunası olan məhkəmə araşdırmalarından sonra verəcəyi qərarlardan sonra aydın olacaq.
Təəssüf ki, qardaş ölkədə baş verənlərə Azərbaycanda da yanlış və hakimiyyətə qarşı yönələn ittiham xarakterli şərhlərə rast gəlməkdəyik. Bəzi siyasi şərhçilər baş verənləri hakimiyyətə əsas iddialı şəxsin oyundankənar vəziyyətə salınmasına yönəldiyini irəli sürsə də, bu arqument inandırıcı deyil. Əgər AKP iqtidarı İmamoğlunu siyasi səhnədən uzalqşdırmağa çalışsaydı, 2024-cü ilin mart seçkilərində bu plandan istifadə edərdi.
Türkiyədə Prezident seçkilərinə 3 il qalmış CHP-nin mövcud siyasi qarşıdurmanı gərginləşdirməsi təsadüfi deyil və baş verənlərdə üçüncü qüvvənin olması istisna deyil. Xüsusilə də xaricdəki, Avropadlı anti-türk qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır. Solçu qüvvələrə dəstək verən müxtəlif anti-türk, erməni, dini-radikal, terrora meyilli cərəyanların, LGBT və anti-islam güclərin proseslərdə aktiv müdaxiləsi hiss olunmaqdadır. Özünü ana müxalifət hesab edən CHP-nin isə Avropadan dəstək istəməsi proseslərin istinad mənbəyini aşkarlayır.
Xalqın milli iradəsinə söykənən partiya xalqdan dəstək istəyər, xaricdən deyil. CHP-nin xarici solçu ünsürlətə ölkədə, 18 milyonluq paytaxtda geniş əl-qol açmasına meydan verməsi də əbəs deyil. İmamoglunun İstanbulun meydanlarında cinsi azlıqlara və ateistlərə xüsusi yer verilməsi bu gün özünün acı görüntülərini əks etdirir.
Eləcə də, İstanbul Bələdiyyəsinin sədri Osmanlı irsinə, tarixi dəyərlərinə dəfələrlə etinasızlığı, hörmətsizliyi ilə də diqqəti cəlb edib. Onun İstanbulun fatehi Mehmet Sultanın abidəsini təpikləməsi, “İstanbul ermənilərin, kürdlərin, yunanların, bizanslıların şəhəridir” deməsi Türkiyənin nüfuzlu alimləri, tarixçiləri, siyasi xadimləri tərəfindən qədim tarixə, zəngin dövlətçilik irsinə qarşı xəyanət də xarici anti-milli ünsürlərin ssenariləri ilə üst-üstə düşür.
Əkrəm İmamoğlunun davamlı olaraq yunan adalarında tətillərdə öz biznes layihələrini müzakirə etməsi və şəhər təsərrüfatındakə problemlərə laqeydlik göstrəməsi İstabul Bələdiyyəsinin yerli özünüidaretmə orqanı funksiyasından daha çox CHP-nin biznes proyektlərinin mərkəzinə çevrildiyini nümayiş etdirirdi. Hətta ötən çeçkilərdə şəhər bələdiyyəsinin vəsaitlərinin CHP-nin siyasi təşviqat kampaniyasına, reklam-media təbliğatına yönəldilməsində dair təkzibolunmaz faktlar var.
Türkiyə İstanbuldan ibarət deyil və 85 milyon xalqın iradəsi ilə idarə olunur.
İstisnasız vurğulanmalıdır ki, Türkiyənin son 22 ildə güclənərək beynəlxalq və qlobal aktora çevrilməsində Rəcəb Tayyib Ərdoğanın xarizmatik liderlik qabiliyyəti müstəsnadır.
“Türkiyə Türkiyədən böyükdür”... Bu misranın müəllifi olan Ərdoğan bu siyasi dühasını öz leksikonda öz fiziki-hüquqi təsdiqini tapmasına nail olub. O, 22 ildə misilsiz uğurlarla Türkiyənin sosial-iqtisadi simasını büsbütün dəyişib. İnanılmaz hərbi sənaye sektorunun inkişafı sayəsində Türkiyə dünyada ən güclü müdafiə sənayesi ölkəsinə çevrilib, beynəlxalq və regional layihələrə imza atıb.
Türkiyə milli müdafiə sənayesi dünyada ecazkar gücü və qüdrəti ilə heyran doğurur, Türkiyə Ordusu Avropanın ən güclü Ordusu möhtəşəmliyinə çatmaqdadır.
O, bölgədə baş verən qanlı toqquşmalarda sülh carçısı kimi önə çıxır, Yaxın və Orta Şərqdə baş verən münaqişlərin, gərginlik ocaqlarının, xüsusilə də Suriya və Liviyada qanlı qarşıdurmaların həllində Türkiyənin müəllifi olduğu siyasi dialoqlarının faydasının şahidiyik. Eləcə də, Ukrayna münaqişəsi ilə əlaqədar Qara dəniz bölgəsində humanitar böhranların də uğurlu çözümündə Ərdoğanın nadir liderlik istedadının xüsusi rol oynadığını görmüşük.
Dünya siyasi liderləri Onunla hesablaşır. Məşhur “Time” jurnalı “Dünyanın ən nüfuzlu 100 şəxsiyyəti” siyahısında Türkiyə Prezidentinin adını ilk sıralarda yerləşdirib.
Cənab İlham Əliyevin dediyi kimi Türkiyənin artan gücü həm də Azərbaycanın gücü deməkdir. Tayyib Ərdoğan “Bir millət, iki dövlət” milli ideyasını praktik və fiziki olaraq daha da bütövləşdirib. İkinci Qarabağ Savaşı zamanı qardaş ölkənin sonadək dəstəyi, Şuşa Bəyannaməsinin imzalanması, Ərdoğanın son 4 ildə Qarabağda ən nəhəng açılışlarda birbaşa iştirakı Əsil Qardaşlığın tərənnümüdür.
Cənab Ərdoğanın “Ay Laçın, can Laçın. Mən sənə qurban, Laçın” misraları bu gün də hər birimizin qəlbində xüsusi iftixar hissi ilə səslənir.
Ərdoğan həm də İslam, Türk dünyasının lideridir. Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasında Onun xidmətləri əvəzsizdir. Onun ideyası olan “Türk dünyasına baxış - 2040” sənədi Türk dünyasının Yol Xəritəsidir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see321

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see308

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see276

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see256

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see236

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see233

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see230

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see227

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see223

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see220

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see209

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see209

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see205

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see189

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see185

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see180

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see178

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see178

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see176

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri