Icma.az
close
up
RU
İordaniya mediasında 20 Yanvar faciəsi barədə məqalələr yayımlanıb AZƏRTAC

İordaniya mediasında 20 Yanvar faciəsi barədə məqalələr yayımlanıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 20 yanvar, AZƏRTAC

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin internet səhifəsində, ölkənin gündəlik əsasda çıxan və ən çox oxunan “Əd-Dustur” və “Ər-Rəy” qəzetlərində, eləcə də geniş oxucu kütləsinə malik “Ammon News”, “Saraya News”, “Jordanzad” və “Nayrouz” xəbər portallarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edir” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur. Bu faciənin bəşəri dəyərlərə qarşı cinayət olduğu, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri zamanı Azərbaycana ağır mənəvi və xeyli maddi zərər vurulduğu, xalqın bütün hüquqları pozulduğu qeyd olunub.

Məqalədə, həmçinin 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında hüzn və kədər, eyni zamanda, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğu bildirilib.

Vurğulanır ki, hər il 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan xalqı şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, Şəhidlər xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar.

Bundan əlavə, məqalədə Azərbaycan-İordaniya münasibətlərinin son dövrlərdə yüksək xətlə inkişaf etdiyi barədə məlumat əks olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 05:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri