Icma.az
close
up
RU

Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi anılıb

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə ölkəmizdəki dini və milli icmaların nümayəndələri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov 35 il əvvəl baş vermiş 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib. İcraçı direktor 20 Yanvar faciəsinə yol açan siyasi səbəblərdən danışıb. Diqqətə çatdırıb ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. Lakin Azərbaycan xalqı Vətənin suverenliyi və bölünməzliyi uğrunda möhkəm dayandı.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvarda və sonrakı günlərdə şahidi olduğu acı gerçəkləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Digər çıxış edənlər, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimr Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina və “Samur” Ləzgi Mərkəzinin sədri İmran Rzayev 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu diqqətə çatdırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri