Liverpul dan dramatik qələbə, PSJ dən darmadağın
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 1-ci turun daha 6 oyunu keçirilib.
QOL.az xəbər verir ki, turnirin son qalibi olan PSJ Parisdə "Atalanta"n darmadağın edib - 4:0.
"Qarabağ"ın rəqiblərindən "Ayaks" öz meydanında "İnter"lə üz-üzə gəlib və məğlub olub - 0:2..
"Liverpul" ebdə "Atletiko"ya qalib gəlib - 3:2. "Çelsi" səfərdə "Bavariya"ya uduzub - 1:3.
Xatırladaq ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən sentyabrın 16-da ilk oyununa çıxıb və Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.
17 sentyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0
"Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç) - 2:2
Qollar: Mboci (23, 74); Bassi (78), Brunstad (90)
PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0
Qollar: Markinyos (3), Kvartsaxeliya (39), Mendeş (51, 90+1)
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1
Qollar: Çaloba (20, aq), Keyn (27 p, 63); Palmer (29)
"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2
Qollar: Robertson (4), Salah (6), Van Deyk (90+2); Lorente (45+3, 81)
"Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2
Qollar: Türam (42, 47)
16 sentyabr
PSV (Niderland) - “Yunion” (Belçika) - 1:3
“Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə) - 0:2
“Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa) - 2:1
“Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 2:3
“Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 4:4
“Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya) - 1:0
Turun digər 6 oyunu isə sabah - sentyabrın 18-də keçiriləcək.


