Icma.az
close
up
RU
“Liverpul” izləyicilərindən 9 xal uzaqlaşdı

“Liverpul” izləyicilərindən 9 xal uzaqlaşdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Turun mərkəzi oyununda “Liverpul”la “Mançester Siti” qarşılaşdı.

Mersisaydlılar son çempion üzərində yetərincə inamlı qələbə qazandı. “Şəhərlilər” isə bu məğlubiyyətdən sonra artıq 5-ci pilləyə yuvarlandı. “Vest Hem”lə “Arsenal” arasındakı London derbisi də parlaq keçdi. Artıq ilk yarıda komandalar birlikdə 7 qol vurdu. Ancaq fasilədən sonra qol olmadı. “Topçular” meydandan böyükhesablı qələbə ilə ayrıldı. “Mançester Yunayted” Ruben Amorimin rəhbərliyi altında premyer-liqada ilk qələbəyə sevindi. “Qırmızı şeytanlar” “Everton”un qapısından 4 cavabsız top keçirdi. “Çelsi” evdə “Aston Villa” üzərində “quru” qələbə qazandı, “Tottenhem” isə 1 xalla kifayətləndi.
“Liverpul” son vaxtlar faciəvi dərəcədə pis oynayan MS-ni qəbul etdi və oyun başlayan kimi yalnız qələbəyə kökləndiyini göstərdi. Soboslainin uzaqdan zərbəsini dəf etməli olan Orteqa artıq 12-ci dəqiqədə qapısında qol gördü. Ardından Van Diyk fərqi artırmağa yaxın oldu. Fasilədən sonra inadkar niderlandlı topu tirin üzərindən vurdu. Qonaqlar isə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Əvəzində “Liverpul” 78-ci dəqiqədə üstünlüyünü möhkəmlətdi. Salah Diasa qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirdi. “Siti” heç təsəlli qolunu da vura bilmədi. “Qırmızılar” artıq ən yaxın izləyicilərindən 9 xal irəlidədi.
Turun ən məhsuldar oyunu London derbisidi. “Vest Hem”in qonağı olan “Arsenal” 10-cu dəqiqədə hesabı açdı. 27-ci dəqiqədə isə Trossar fərqi artırdı. Bir qədər sonra fərq darmadağın həddinə çatdı. Sakanın qazandığı penaltini Edeqor dəqiq yerinə yetirdi. Haverts 36-cı dəqiqədə 4-cü qolu vuranda hər kəs növbəti darmadağının qeydə alınacağını düşünməyə başladı. Ancaq “çəkicdöyənlər” üç dəqiqə ərzində qollardan ikisinin əvəzini çıxdı. Sadəcə, fasilə ərəfəsində onların qapısına daha bir penalti təyin olundu. Bu dəfə Saka özü “nöqtə”yə yaxınlaşdı. Fasilədən sonra oyunun axarı dəyişdi. “Vest Hem” çox fəallaşsa da, azarkeşlər bir daha qol görmədi. Hər halda, “Arsenal” meydandan parlaq qələbə ilə ayrıldı.
Qeyri-sabit “Aston Villa”nı darmadağın edən “Çelsi” də azarkeşlərini sevindirdi. Artıq 7-ci dəqiqədə “zadəganlar” hesabı açdı – Kukurelyanın ötürməsindən sonra Cekson topu tora göndərdi. Bundan sonra da “Çelsi”nin bir neçə qol imkanı oldu. 36-cı dəqiqədə Fernandes də fərqləndi. Meydan sahibləri 2-ci hissədə də oyunun axarına nəzarət etdi və bunun nəticəsi kimi daha bir qol vurdu. Sona 7 dəqiqə qalmış Palmer hesabı 3:0 etdi.
Amorim premyer-liqada ilk qələbəsini qazandı. MY – “Everton” qarşılaşmasının ilk yarım saatında meydanda bərabər oyun getdi. Hesab 34-cü dəqiqədə açıldı – Fernandeşin kornerdən ötürməsindən sonra Reşford topu tora göndərdi. 7 dəqiqə sonra fərq artdı. Yenə Fernandeş ötürdu, bu dəfə Zirkzee fərqləndi. 2-ci hissədə Reşfordla Zirkzee yenə hərəyə bir qol vurdu. Artıq Amorimin MY-sini daha ciddi rəqiblə dueldə görməyin vaxtıdı. Mankunianlar növbəti turda məhz “Arsenal”la qarşılaşacaq.
Turda daha bir London derbisi var idi. “Tottenhem”lə “Fulhem” qalibi müəyyənləşdirə bilmədi. “Mahmızlar” Consonun 2-ci hissənin əvvəlində vurduğu qolla irəli çıxsa da, “bağbanlar” tezliklə hesabı bərabərləşdirdi. Bu qolun müəllifi Kerni 83-cü dəqiqədə meydandan qovulsa da, “Tottenhem” say üstünlüyündən yararlana bilmədi.
“İpsviç”in “Nottingem Forest” üzərində qələbə qazanması üçün bir qol bəs etdi. Meydan sahiblərini Yeni Zelandiyadan olan forvard Vud sevindirdi. “Brentford” da evdə “Lester” üzərində əzmkar qələbə qazandı. Buonanotte “tülkülər”i irəli çıxarsa da, “arılar” artıq fasiləyə qədər üç qol vurdu. Şade dubl etdi, Vissa da fərqləndi. Fasilədən sonra daha bir qol vuran Şade intriqanı tam öldürdü.
“Brayton” aşkar autsayder “Sauthempton”u məğlub edə bilmədi. “Qağayılar” ilk yarının ortalarında Mitomanın dəqiq zərbəsi ilə önə çıxsalar da, 2-ci hissədə Dauns hesabı bərabərləşdirdi. “Brayton” heç-heçə üzündən “Çelsi” ilə “Arsenal”a çatmaq şansını əldən verdi. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Nyukasl” da qələbə hesabını qoruya bilmədi. “Sağsağanlar” 2-ci hissəsin əvvəlində Qexinin avtoqoluna sevinsələr də, xarakter göstərən londonlular 4-cu üzatma dəqiqəsində hesabı bərabərləşdirdi. “Vulverhempton”un qonağı olan “Bornmut” 4:2 hesabıyla qələbə qazandı. Klyuvert penaltidən üç qol vurdu.
13-cü tur
Liverpul – Mançester Siti 2:0
Qakpo, 12. Salah, 78-p. (60248)
Liverpul: Kelleher, Aleksander-Arnold (Kuansa, 73), Qomes, Van Diyk, Robertson, Qravenberx, Makallister, Salah (Cons, 84), Soboslai, Dias (Elliott, 90+1), Qakpo (Nunyes, 72).
MS: Orteqa, Uoker, Diaş, Akanci, Ake, Lüis (Qriliş, 79), Gündoğan (Savinyo, 58), B.Silva, Foden (De Bruyne, 79), Nunyeş (Dokyu, 57), Holann.
Vest Hem – Arsenal 2:5
Van-Bissaka, 38. Emerson, 40 – Qabriel, 10. Trossar, 27. Edeqor, 34-p. Haverts, 36. Saka, 45+5-p. (62475)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel (Kivyor, 46), Kalafyori (Zinçenko, 56), Edeqor (Jezus, 74), Jorjinyo, Rays, Saka (Sterlinq, 74), Haverts, Trossar (Nvaneri, 84).
Çelsi – Aston Villa 3:0
Cekson, 7. Fernandes, 36. Palmer, 83.
Çelsi: Sançes, Kaysedo, Fofana (Badyaşil, 60), Koluill, Kukurelya, Lavia (Hüsto, 86), Fernandes, Sanço (Madueke, 71), Palmer (Feliş, 86), Cekson (Nkunku, 71), Neto.
Mançester Yunayted – Everton 4:0
Reşford, 34; 46. Zirkzee, 41; 64. (73817)
MY: Onana, Mazraui (Şou, 56), De Liqt (Maquayr, 56), Martines, Dyallo, Kazemiro (Qarnaço, 66), Maynu (Maunt, 80), Dalot, Fernandeş (Uqarte, 66), Reşford, Zirkzee.
Tottenhem – Fulhem 1:1
Conson, 54 – Kerni, 67. (61141)
Tottenhem: Forster, Porro, Drequşin, Devis, Udoci, Sarr (Qrey, 85/Lankşir, 90+6), Bissuma, Meddison (Berqvall, 85), Conson, Son Hın Min, Verner (Kulusevski, 68).
Brayton – Sauthempton 1:1
Mitoma, 29 – Dauns, 59. (31542)
Brentford – Lester 4:1
Vissa, 25 – Buonanotte, 21. Şade, 29; 45+8; 59. (17084)
Kristal Pelas – Nyukasl 1:1
Munyos, 90+4 – Qexi, 53-öz qapısına. (25101)
Nottingem Forest – İpsviç 1:0
Vud, 48-p.
Vulverhempton – Bornmut 2:4
Strand Larsen, 5; 69. Klyuvert, 3-p.; 18-p.; 74-p. Kerkez, 8. (26685)
1. Liverpul 13 11 1 1 26-8 34
2. Çelsi 13 7 4 2 26-14 25
3. Arsenal 13 7 4 2 26-14 25
4. Brayton 13 6 5 2 22-17 23
5. Mançester S. 13 7 2 4 22-19 23
6. Nottingem F. 13 6 4 3 16-13 22
7. Tottenhem 13 6 2 5 28-14 20
8. Brentford 13 6 2 5 26-23 20
9. Mançester Y. 13 5 4 4 17-13 19
10. Fulhem 13 5 4 4 18-18 19
11. Nyukasl 13 5 4 4 14-14 19
12. Aston Villa 13 5 4 4 19-22 19
13. Bornmut 13 5 3 5 20-19 18
14. Vest Hem 13 4 3 6 17-24 15
15. Everton 13 2 5 6 10-21 11
16. Lester 13 2 4 7 16-27 10
17. Kristal Pelas 13 1 6 6 11-18 9
18. Vulverhempton 13 2 3 8 22-32 9
19. İpsviç 13 1 6 6 13-24 9
20. Sauthempton 13 1 2 10 10-25 5
Bombardirlər: Holann (MS) – 12, Salah (Liverpul) – 11, Vud (Nottingem Forest) – 9, Mbemo (Brentford), Palmer, Cekson (hər ikisi “Çelsi”) – 8.
Turun rəqəmi
1 – “Bornmut”un hücumçusu Castin Klyuvert premyer-liqa tarixinə bir oyunda penaltidən üç qol vuran ilk futbolçu kimi düşdü. Maraqlıdı ki, bütün penaltilər braziliyalı Emersona qarşı kobudluğa görə təyin olundu. O da bu mənada tarixə ilk belə futbolçu kimi düşdü. İngiltərə çempionatı tarixində bir oyunda penaltidən üç qol vuran sonuncu futbolçu isə “Mançester Siti”dən Ken Barns olub. O, 1957-ci ilin dekabrında “Everton”u məyus edib.
Turun ulduzu
Kevin Şade (Brentford) – “Lester”lə oyunun əsas qəhrəmanı oldu. Het-trik etməklə yanaşı, məhsuldar ötürmə də verdi. Maraqlıdı ki, alman yarımmüdafiəçi buna qədər mövsümdə qol hesabını açmamışdı.
Turun sitatı
Xosep Qvardiola, MS-nin baş məşqçisi (oyunun gedişində “sabah səhər qovulacaqsan” qışqıran “Liverpul” azarkeşlərinə cavabı):

“Onlardan belə hərəkət gözləmirdim, ancaq bəlkə də haqlıdılar. Sadəcə, qəribədi ki, ötən mövsüm biz çempion olanda belə qışqırmırdılar. Hər halda, qalib gələnin əhval-ruhiyyəsi də yaxşı olur. Baxaq görək mövsümün sonunda nə olacaq. Hər şeyə yenidən başlamalı, sıçrayış etməliyik. Bəlkə də hansısa məqamda vəziyyət düzələcək”.


Faktlar
* “Everton”la oyunda iki qolun vurulmasında iştirak edən Fernandeş premyer-liqa tarixində ən çox məhsuldar ötürmə verən portuqaliyalıdı. Onun hesabında artıq 46 belə ötürmə var. Brunonun ən yaxın izləyiciləri Bernardo Silva (45), Nani (43) və Kriştiano Ronaldodu (37).
* 4:0 MY-nin premyer-liqada 2021-ci ildən bəri ən böyükhesablı qələbəsidi. Onda komandanı Sulşer çalışdırırdı.
* “Aston Villa” bütün turnirlər çərçivəsində keçirdiyi son 8 oyunda qələbə qazanmayıb. Birmingemllər bu müddətdə 5 dəfə uduzub, 3 dəfə heç-heçə edib.
* MS oktyabrın sonundan bəri keçirdiyi 7 oyunun 6-da uduzub, 1-də heç-heçə edib. Bu, Qvardiolanın karyerasındakı ən pis seriyadı. “Şəhərlilər”in isə sonuncu belə seriyası 20 il əvvəl – 2004-cü ilin aprelində qeydə alınıb. Onda komandanı Kevin Kiqan çalışdırırdı, BƏƏ-dən olan zəngin ərəblər klubu himayəyə götürməmişdi.
* MS premyer-liqada 2008-ci ildən bəri ilk dəfə ardıcıl 4 oyunda uduzdu.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Demək olar ki, ideal səviyyəyə yaxın oldu, hətta bəlkə də ideal idi. Qaçırılan qol vəziyyətləri üzündən sonda bir qədər çətinlik çəkdik. Ancaq bəlkə də belə yaxşıdı. İkinci qolu daha tez vurmalıydıq. Həmişə güclü pressinq tətbiq edirik, ancaq rəqib də hücumda yaxşıdı. Odu ki, çox işləmək lazım gəldi. Futbolçularımızla yanaşı, azarkeşlər də bu gün möhtəşəm idi”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Heç də ideal səviyyədə oynaya bilmədik. Oyunumuzu yaxşılaşdırmalıyıq – bu, açıq-aşkar hiss olunur. “Everton” oyuna nəzarət edəndə çətinlik çəkdik. Sonradan futbolçular problemin öhdəsindən gəldi. Ancaq mən belə oyunu ideal saya bilmərəm. Çətin oyunda ümumilikdə yaxşı nəticəyə nail olduq”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“İlk yarının 30 dəqiqəsindən razıyam, nəinki son 15 dəqiqəsindən – bu dəqiqdi. Oyuna möhtəşəm, yaxşı, çox enerjili başladıq. 4-cü qolu vurandan dərhal sonra ehtiyatsızlıqdan qapımızda qol gördük, sonra cərimə zərbəsindən də möhtəşəm qol vurdular. Bundan sonra rəqib yenidən oyuna döndü. Şükür Allaha, hissənin sonunda fərqlənə bildik. Bu bizə ikinci hissədə oyunun axarına nəzarət etməyə imkan verdi. Saka sabit şəkildə qol vurur, assistentlik edir, çox yaxşıdı. Bu gün işimizin öhdəsindən gəlməliydik ki, bunu da inamlı şəkildə bacardıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri