Icma.az
close
up
RU
PSJ izləyicilərindən 7 xal uzaqlaşdı

PSJ izləyicilərindən 7 xal uzaqlaşdı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransada 15-ci turun mərkəzi oyununda PSJ ilə “Lion” qarşılaşdı. Luis Enrikenin rəhbərlik etdiyi paytaxt klubu haqlı qələbə qazandı, ümumiyyətlə, bu oyunda mübarizə ab-havası duyulmadı. Nəticədə PSJ ən yaxın izləyicilərindən 7 xal uzaqlaşdı. Ona görə ki, liderin ən yaxın izləyiciləri olan “Marsel”lə “Monako” sinxron şəkildə xal itirdi.

Cənublular “Lill” ilə 1:1 hesabı heç-heçəyə razılaşdı, “knyazlar” isə “Reyms”in qapısına yol tapa bilmədi – 0:0.
Turun qalan oyunların gəlincə, “Nitsa” elitada yerini qorumağa çalışan “Monpelye” ilə qarşılaşmada xal itirdi. “Nitsa” iki dəfə irəli çıxdı, amma qələbəni qoruya bilmədi. “Oser” – “Lans” oyununda da 2:2 hesabı qeydə alındı. Burda da qonaqlar iki dəfə önə keçdi və qələbəni əldən verdi.
“Brest” “doğma divarlar” arasında “Nant”ı darmadağın etdi. “Havr” isə evdə “Strasbur”a 0:3 hesabıyla uduzdu. “Tuluza” – “Sent-Etyen”, “Renn” – “Anje” oyunlarında meydan sahibləri qalib gəldi.
15-ci tur
PSJ – Lion 3:1
Dembele, 8. Vitinya, 14. Ramuş, 88 – Mikautadze, 40. (47000)
PSJ: Donnarumma, Hakimi, Beraldo (Markinyos, 64), Paço, Mendeş (L.Ernandes, 64), Zair-Emeri, Vitinya, Neveş, Dembele (Ruis, 86), Due (Ramuş, 83), Li Kan İn (Barkola, 64).
Marsel – Lill 1:1
Merlen, 17 - Dyakite, 87. (64380)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kondoqbia, Enrike, Heybyerq, Ronjye (Kornelius, 74), Merlen (Lirola, 74), Qrinvud (Nadir, 84), Rabyo, Mope (Rou, 88).
Reyms – Monako 0:0
(15859)
Monako: Ken, Sinqo, Kerer, Mavissa (Enrike, 77), Teze (Salisu, 67), Maqassa (Kamara, 81), Qolovin, Uattara (Akliuş, 68), Minamino, Ben Seqir, İlenihena (Embolo, 67).
Tuluza – Sent-Etyen 2:1
Babika, 55. Abuhlyal, 86 – Stassen, 53. (25350)
Oser – Lans 2:2
Perren, 31. Oşo, 73 – Əl-Aynaui, 22. Nzola, 45. (17052)
Monpelye – Nitsa 2:2
Şotar, 22. Sen-Lyus, 80 – Lyabord, 17. Buanani, 28. (11612)
Brest – Nant 4:1
Dumbiya, 24. Şardonne, 27. Sima, 88; 90+3 – Auqusto, 48. (15019)
Havr – Strasbur 0:3
Diarra, 28. Nanasi, 32. Santos, 90. (17071)
Renn – Anje 2:0
Qrenbek, 33. Assinyon, 90+2. (27781)
1. PSJ 15 11 4 0 40-12 37
2. Marsel 15 9 3 3 32-18 30
3. Monako 15 9 3 3 24-12 30
4. Lill 15 7 6 2 25-15 27
5. Lion 15 7 4 4 27-20 25
6. Nitsa 15 6 6 3 28-19 24
7. Lans 15 6 6 3 19-14 24
8. Oser 15 6 3 6 23-23 21
9. Tuluza 15 6 3 6 17-17 21
10. Reyms 15 5 5 5 20-18 20
11. Brest 15 6 1 8 24-27 19
12. Renn 15 5 3 7 21-20 18
13. Strasbur 15 4 5 6 25-27 17
14. Anje 15 3 4 8 14-26 13
15. Sent-Etyen 15 4 1 10 12-34 13
16. Nant 15 2 6 7 17-25 12
17. Havr 15 4 0 11 11-29 12
18. Monpelye 15 2 3 10 15-38 9
Bombardirlər: Devid (Lill) – 11, Barkola (PSJ), Qrinvud (Marsel) – 10.
Turun rəqəmi
16 – “Lill” bütün turnirlər çərçivəsində keçirdiyi son 16 oyunun heç birində uduzmayıb. “Şimallı itlər” bu oyunların 9-da qələbə qazanıb, 7-də heç-heçə edib. Bu, klub tarixinin ən uzun 2-ci məğlubiyyətsiz oyunlar seriyasıdı. 1973-ün oktyabrından 1974-ün martına qədər 17 oyunda uduzmayıblar.
Turun ulduzu
Usman Dembele (PSJ) – qol vurmaqla yanaşı, “Lion” müdafiəsini daim gərginlikdə saxladı, komanda yoldaşlarını dəfələrlə zərbə mövqeyinə çıxardı. Bir ara Luis Enrikenin gözündən düşsə də, tədricən mövqeyini bərpa edir.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Statistikanı öyrənsək, bu, baş məşqçi kimi ən yaxşı mövsümümdü. Tənqid düşünülmüş yalandı. Rəqəmlər baxımından ən yaxşı mövsümümü keçirirəm. Elə qol vəziyyətlərinin sayı baxımından da. Mən yalnız müsbət məqamları görürəm. Mövsümün əvvəlindən bəri başlayan tənqidlərə fikir vermək lazım deyil. Əksər jurnalistlər deyirdilər ki, heyətimiz hətta Fransada da ən yaxşı deyil. Tədricən hər şey öz yerini tutur. Çempionlar Liqasındakı çətinlikləri də nəzərə alsaq, mən bu mövsümdən razıyam”.


Faktlar
* “Brest” 2024-cü ildə çempionatda keçirdiyi oyunların 43,8 faizində qalib gəlib, 52 qol vurub. Bu isə klubun elitada bir təqvim ili ərzində ən yüksək göstəricisidi.
* “Monpelye” (20) – “Nitsa” (18) oyununda qapılara 38 zərbə vuruldu. Bu, Liqa 1-in cari mövsümündəki ən yüksək göstəricinin təkrarlanmasıdı (avqustun 18-də keçirilən “Renn” – “Lion” oyununda da 38 zərbə olmuşdu).
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri