Liverpul un 144 milyon avroya aldığı hücumçusu Qarabağ a qarşı oynaya bilməyəcək
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin “Liverpul” komandasının hücumçusu Aleksander İsak UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
"Unikal" xəbər verir ki, buna futbolçunun Premyer Liqanın XVI turunda “Tottenhem”lə (1:2) matç zamanı aldığı zədə səbəb olub. O, 56-cı dəqiqədə qol vurduqdan sonra zədələnərək meydanı tərk edib.
MRT müayinəsinə əsasən, isveçli forvardın uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Mersisayd təmsilçisinin digər əsas hücumçusu Məhəmməd Salah isə Afrika Millətlər Kubokunun oyunları ilə bağlı “Liverpul”un düşərgəsini tərk edib. Bütün bunları nəzərə alan klub rəhbərliyi yeni hücumçu axtarışlarına start verib.
Qeyd edək ki, 2026-cı il yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, "Liverpul" yayda A.İsakın transferi üçün "Nyukasl"a 144 milyon avro ödəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















