Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Liverpul” yenə qələbə qazandı, Mançester klubları biabır oldu

“Liverpul” yenə qələbə qazandı, Mançester klubları biabır oldu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Premyer-liqada hesabat turu “Liverpul”un növbəti qələbəsi və Mançester klublarının biabırçı məğlubiyyətləri ilə əlamətdar oldu. “Nottingem Forest” ortabablardan “Brayton”un qapısından 7 cavabsız top keçirdi. Son 4 çempionat oyununun hamısında uduzan “Tottenhem” də bu uğursuz seriyaya son qoydu.

Gözlənildiyi kimi, “Bornmut”la səfər oyunu “Liverpul” üçün çətin oldu. “Albalılar” liderlə qarşılaşmaya qədər çempionatda keçirdiyi son 11 oyunda uduzmamışdı. Təbii ki, İraolanın komandası növbəti sürprizi gerçəkləşdirmək istəyirdi. Oyuna yaxşı başlayan “Bornmut” debütdə hesabı aça bilərdi. Ancaq Klyuvertin yaxın məsafədən zərbəsinin qarşısını Alisson aldı, Semenyonun zərbəsindən sonra isə top dirəyə dəydi. Əvəzində mersisaydlılar hissənin ortalarında hesabı açdı. Qakponun qazandığı penaltini Salah qola çevirdi. İlk yarının sonunda meydan sahibləri rəqib qapısına yol tapdı. Ancaq Bruksun vurduğu qol Kerkez ofsaydda olduğuna görə qeydə alınmadı.
Slotun komandası ilk yarıda rəqibdən yaxşı oynadısa, 2-ci hissədə “Bornmut” daha parlaq təsir bağışladı. Fasilədən dərhal sonra Semenyo hesabı bərabərləşdirməyə yaxın olsa da, Alissonla təkbətək dueldən məğlub ayrıldı. Sonda İraolanın komandası möcüzəvi şəkildə bərabərlik qolunu vura bilmədi. Tavernyenin zərbəsi dirəkdən qayıtdı, Klyuvert isə bir neçə metrdən topu “çərçivə”yə salmağı bacarmadı. Belə bədxərcliyə görə “Bornmut” dərhal cəzalandı. Mersisaydlıların nümunəvi əks-hücumu Salahın növbəti qolu ilə nəticələndi. Sonda meydan sahibləri daha bir neçə imkanı boşa verdi. “Bornmut”un uzun seriyası başa çatsa da, oyunu göz oxşadı. Vacib qələbə qazanan “Liverpul” yenə izləyiciləri ilə ciddi xal fərqini qorudu.
Turun mərkəzi oyununda sürpriz qeydə alındı. “Arsenal” cari mövsümdə çempionluq hədəfini gizlətməsə də, son 6 çempionat oyununda uduzmayan “Mançester Siti”nin belə darmadağın olacağını heç kim gözləmirdi. Darmadağının əsası 2-ci dəqiqədə qoyuldu. “Siti” müntəzəm təşəbbüsü ələ keçirməyə çalışsa da, nadir əks-hücumlardan başqa heç nə yarada bilmirdi. Qonaqların 2-ci hissənin əvvəlindəki fəallığı Holannın bərabərlik qoluna səbəb oldu. Amma cəmi iki dəqiqə sonra daha bir səhvdən yararlanan Parti “Arsenal”ı yenidən irəli çıxardı. Lüis-Skellinin 62-ci dəqiqədə vurduğu qol qonaqları tam ruhdan saldı. Onların müdafiə xətti pərən-pərən düşdü. Belədə “topçular” əsas rəqiblərindən birini “top atəşinə tutdu”. Haverts və Nvaneri final fitinə qədər hərəyə bir qol vurmaqla “Emireyts” stadionuna toplaşanları coşdurdu.
Mançesterin digər təmsilçisinin – “Yunayted”in halına da ağlayan lazımdı. Bu komanda premyer-liqada keçirdiyi son 6 ev oyununun beşində uduzub. Daha dəqiqi, 5-ci məğlubiyyətin səbəbkarı “Kristal Pelas” oldu. Oyuna yaxşı başlayan mankunianlar ilk dəqiqələrdə bir neçə təhlükəli vəziyyət yaratdı. Maynu topu Hendersonun qoruduğu qapının dirəyinə vurdu. Ancaq londonlular buna bir neçə kəskin əks-hücumla cavab verdi. Onlar bir neçə dəfə hesabı açmağa yaxın oldu. 2-ci hissənin əvvəlində də MY rəqibdən daha maraqlı oyun göstərdi. Henderson komandasını bir neçə dəfə xilas etdi.
Saatın tamamında, nəhayət, hesab açıldı. Londonlular cərimə zərbəsindən maksimum fayda götürdü. Lakruanın zərbəsi tirdən döndü, ancaq Mateta özünü topa hamıdan tez yetirdi. Tezliklə “qırmızı şeytanlar” daha bir böyük məyusluq yaşadı. Ağır zədə alan Martines meydanı xərəkdə tərk etdi. Bu hadisə də MY-nin futbolçularını psixoloji cəhətdən “sındırdı”.
Amorimin komandası oyunun son bölümündə rəqib qapısını ciddi təzyiq altında saxlaya bilmədi. Portuqaliyalı mütəxəssisin əvəzetmələri hücumu gücləndirmədi. Əvəzində qonaqlar sona yaxın rəqibi əks-hücumda yaxalayıb fərqi artırdı. Dubl edən Mateta yekun hesabı müəyyənləşdirdi. Qlasnerin komandası bu qələbə sayəsində MY-ni turnir cədvəlində arxada qoydu. 13 ev oyununda 7 məğlubiyyət mankunianlar üçün 1893/94 mövsümündən bəri ən pis göstəricidi. Belə getsə, onlar cari mövsümdə hələ bir çox antirekordu yeniləyəcək.
Turun qalan oyunlarına gəlincə, son 4 oyunda uduzan “Tottenhem” arzuolunmaz seriyanı “Brentford”la səfər oyununda qırdı. Ötən tur “Bornmut”a 0:5 uduzan “Nottingem Forest” bütün acığını “Brayton”dan çıxdı – 7:0! Vud bu oyunda het-trik etdi. “Fulhem” “Nyukasl”la səfər oyununda əzmkar qələbə qazandı. “Everton” ardıcıl 3-cü qələbəsini “Lester”lə oyunda qazandı – “göylər” rəqibi darmadağın etdi. Daha bir oyunda autsayderlər – “İpsviç”lə “Sauthempton” qarşılaşdı. “Müqəddəslər” qələbə qazansa da, hələ də xal hesabını ikirəqəmli həddə çatdırmayıb. Autsayderlər sırasında olan “Vulverhempton” “Aston Villa”nı iki cavabsız qolla məğlub etdi. Turun dünən axşam keçirilən son oyununda “Çelsi” əzmkar qələbə qazandı.
24-cü tur
Bornmut – Liverpul 0:2
Salah, 30-p.; 75. (11239)
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 70), Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister (Cons, 61), Salah (Endo, 88), Soboslai, Qakpo (Nunyes, 70), Dias.
Arsenal Mançester Siti 5:1
Edeqor, 2. Parti, 56. Lüis-Skelli, 62. Haverts, 76. Nvaneri, 90+3 Holann, 55. (60355)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Lüis-Skelli (Kalafyori, 90), Edeqor (Merino, 84), Parti, Rays, Martinelli, Haverts (Sterlinq, 90), Trossar (Nvaneri, 84).
MS: Orteqa, Nunyeş, Stounz, Akanci, Qvardiol, B.Silva, Kovaçiç, Foden (Makeyti, 72), Marmuş (De Bruyne, 72), Savinyo, Holann.
Mançester Yunayted – Kristal Pelas 0:2
Mateta, 64; 89. (73751)
MY: Onana, Yoro, Maquayr, Martines (De Liqt, 82), Mazraui (Zirkzee, 70), Uqarte (Eriksen, 87), Maynu (Heylunn, 70), Dalot, Dyallo, Qarnaço, Fernandeş.
Brentford – Tottenhem 0:2
Yanelt, 29-öz qapısına. Sarr, 87. (17154)
Tottenhem: Kinski, Porro, Qrey, Devis, Spens, Bissuma (Sarr, 68), Bentankur, Kulusevski, Son Hın Min, Mur (Berqvall, 46), Rişarlison (Skarlett, 79).
Nottingem Forest – Brayton 7:0
Dank, 12-öz qapısına. Gibbs-Uayt, 25. Vud, 32; 64; 70-p. Uilyams, 90. J.Silva, 90+1. (30164)
Everton – Lester 4:0
Dukure, 1. Betu, 6; 45+2. Ndiay, 90. (39376)
İpsviç – Sauthempton 1:2
Delap, 31 – Aribo, 21. Onuaçu, 88. (29902)
Nyukasl – Fulhem 1:2
Merfi, 37 – Ximenes, 61. Muniz, 83. (52173)
Vulverhempton – Aston Villa 2:0
Belqard, 12. Kunya, 90+7. (31385)
Çelsi – Vest Hem 2:1
Neto, 64. Van-Bissaka, 74-öz qapısına – Bouen, 42.
1. Liverpul 23 17 5 1 56-21 56
2. Arsenal 24 14 8 2 49-22 50
3. Nottingem F. 24 14 5 5 40-27 47
4. Çelsi 24 12 7 5 47-31 43
5. Mançester S. 24 12 5 7 48-35 41
6. Nyukasl 24 12 5 7 42-29 41
7. Bornmut 24 11 7 6 41-28 40
8. Aston Villa 24 10 7 7 34-37 37
9. Fulhem 24 9 9 6 36-32 36
10. Brayton 24 8 10 6 35-38 34
11. Brentford 24 9 4 11 42-42 31
12. Kristal Pelas 24 7 9 8 28-30 30
13. Mançester Y. 24 8 5 11 28-34 29
14. Tottenhem 24 8 3 13 48-37 27
15. Vest Hem 24 7 6 11 29-46 27
16. Everton 23 6 8 9 23-28 26
17. Vulverhempton 24 5 4 15 34-52 19
18. Lester 24 4 5 15 25-53 17
19. İpsviç 24 3 7 14 22-49 16
20. Sauthempton 24 2 3 19 18-54 9
Bombardirlər: Salah (Liverpul) - 21, Holann (MS) – 19, İsak (Nyukasl), Vud (Nottingem Forest) - 17, Palmer (Çelsi), Mbemo (Brentford) – 14.
Növbəti turun oyunları fevralın 14-16-sı aralığında keçiriləcək: Brayton – Çelsi, Lester – Arsenal, Aston Villa – İpsviç, Fulhem - Nottingem Forest, Mançester Siti – Nyukasl, Sauthempton – Bornmut, Vest Hem – Brentford, Kristal Pelas – Everton, Liverpul – Vulverhempton, Tottenhem – Mançester Yunayted.
Turun rəqəmi
5 – Salah karyerasında 5-ci dəfə premyer-liqada 20 və daha artıq qol vurdu. Yalnız Alan Şirer (7), Serxio Aquero (6) və Harri Heyn (6) bunu misirlidən daha çox bacarıb. Cari mövsümdə 21 dəfə fərqlənən Salah premyer-liqadakı qol sayını 178-ə çatdırmaqla Frenk Lempardı (177) arxada qoydu və bombardirlər siyahısında 6-cı pilləyə yüksəldi. 5-ci yerdə qərarlaşan Aqueronun hesabında 184 qol var.
Turun ulduzu
Mayls Lüis-Skelli (Arsenal) – “topçular”ın heyətində bir neçə futbolçu fərqləndi. Ancaq üstünlüyü Lüis-Skelliyə verdik. Yeniyetmə yarımmüdafiəçi həm müdafiədə inamlı təsir bağışladı, həm də irəli atılaraq gözəl qol vurdu.
Turun sitatı
Con Stounz, MS-nin müdafiəçisi:

“Belə oyunlardan sonra söz tapmaq çətindi. Qürurumuz zədələnib. Bura – bizi dəstəkləməyə gələn, bu oyunun şahidi olan azarkeşlərdən üzr istəyirik. Son 30 dəqiqədəki oyunumuz qəbulolunmazdı. 65 dəqiqə oyunda olduq, ancaq sonda hər şey əleyhimizə çevrildi. Qəzəbli və məyusam”.


Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Gözlənilən kimi də oldu. Oyundan əvvəl dedim ki, 1-ci dövrədəki oyunumuzda fasiləyə qədər 3:0 öndə olsaq da, rəqib 2-ci hissədə daim hücum etdi. Bu komandanın keyfiyyətindən, həmçinin necə əla xarakterə malik olmasından xəbərdaram. Rəqib bir çox yaxşı komandalarla oyunlarda xoş təsadüf üzündən yox, yaxşı oyununa görə xal qazanıb. Bu stadionda qələbə qazanmaq istəyirsənsə, bir qədər bəxt də lazımdı. Onlar iki dəfə topu dirəyə vurdu, ancaq bizim də qol imkanlarımız var idi, bu oyunda qələbəyə layiqik”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Mən yalnız son 25 dəqiqəyə görə heyifsilənirəm. Əlbəttə, bu stadionda, belə komanda ilə oynamaq çətindi. Düşünürəm ki, ilk 15 dəqiqədən sonra çox-çox yaxşı oynadıq. Hesab 1:1 olanda da hələ oyundan qopmamışdıq. Bütün mövsüm ərzində belədi – hədsiz çox imkanı boşa veririk. Bilirik ki, belə olmamalıdı, amma olur”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Bizim üçün əla gündü, xüsusən də rəqibin səviyyəsini nəzərə alsaq. Bu komandanı belə məğlub etmək üçün çox şey sənin xeyrinə olmalıdı. Aqressiv, cəsur oynadıq. Bəzi məqamlarda bir qədər bəxtimiz də gətirdi. Stadiondakı qeyri-adi atmosfer də vacib məqamdı. Belədə komanda canlanır, rəqib problem yaşamağa başlayır. Futbolçular istənilən rəqibi məğlub etməyə qadir olduqlarına inanırlar”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“İki yersiz qol buraxdıq, bundan qaçmaq olardı. Çətin mövsüm keçiririk, oyunçular mükəmməlləşməyə çalışırlar. İrəli baxmaq lazımdı. Topa daha çox nəzarət etdik, qol vəziyyətləri yaratdıq, ancaq fərqlənə bilmədik. Evdə oynayarkən əlavə təzyiq olur? Mən bunu hiss etmədim. Ancaq burda oynamaq çətindi, ona görə ki, azarkeşləri sevindirmək istəyirik. Qış “transfer pəncərəsi”? Klubda bu işlə məşğul olan adamlar var, mən yalnız növbəti oyunu düşünürəm. Yaxşı şeylərin vaxtı gələcək”.


Faktlar
* “Arsenal” 2000-ci ildən bəri ilk dəfə “Siti” ilə ev oyununda 5 qol vurdu. Həmin vaxt “topçular” “şəhərlilər”i 5:0 hesabıyla məğlub etmiş, oyun isə “Hayberi”də keçirilmişdi.
* “Mançester Yunayted” Amorimin dönəmində yeni klub antirekordu müəyyənləşdirdi. Komanda portuqaliyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 7 ev oyununun 5-də uduzub. “Yunayted” Devid Moyesin rəhbərliyi altında olanda 14-cü ev oyununda belə aqibətlə üzləşmidi. Erik ten Haq 28-ci, Lui van Qal 30-cu, Ule-Qunnar Sulşer 31-ci, Aleks Ferqyuson 88-ci ev oyununda bu həddə çatmışdı. Joze Mourinyo ilə Ralf Ranqnikin dönəmində isə komanda evdə 5 dəfə uduzmamışdı.
* Qvardiola karyerasında antirekorda imza atdı. 54 yaşlı mütəxəssisin rəhbəri olduğu komanda ilk dəfə mövsüm ərzində 4 matçda ən azı 4 qol buraxıb. Qvardiolanın çalışdırdığı MS buna qədər cari mövsümdə PSJ (2:4), "Tottenhem" (0:4) və "Sportinq" (1:4) ilə oyunlarda da 4 qol buraxmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:379
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri