Lombard Xəyal girov qızılları necə yox edib? Zərərçəkənlər məhkəməyə məcburi gətiriləcəklər
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vətəndaşların qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" kimi tanınan Xəyal Abdullayev və onun köməkçisi olmuş Fərid Abuzərliyə qarşı cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.
Zərərçəkən S.Ş təqsirləndirilənlərdən X.Abdullayevi tanıdığını bildirərək, qızıl girov qoyması müqabilində ondan sələmə pul götürdüyünü deyib:
"28 may 2020-ci ildə qızılımı girov qoyub pul götürdüm. Müqaviləni ilk dəfə Xəyalla bağlamışdıq. Ona 1 100 manat ödəmişdik, borcum qalmamışdı. Qızıllarımı qaytarması üçün bunların Nəsimidəki filialına gedəndə, ofisin bağlandığını gördük. Sonra öyrəndik ki, onlar həbs olunub, məhkəmələri gedir. Mən yalnız qızıllarımı istəyirəm, başqa şikayət və tələbim yoxdur".
Şahid C.C hər iki təqsirləndiriləni tanıdığını bildirib:
"Nizami" metro stansiyasının yaxınlığında olan lombarda 2 min manat dəyərində qızıl girov qoymuşdum. Ödənişlərimi vaxtında edirdim. Axırıncı borcumu edəndə ikisi də mənə dedi ki, narahat olma, qızıllarını yaxın günlərdə qaytaracağıq. Sonra bildim ki, Xəyal qızıllarımı satıb, pulunu mənimsəyib. Zəng edirdim, cavab vermirdi. Axırda bir dəfə götürdü və mənə dedi ki, sənəddə kimin adı var, get, qızıllarını ondan tələb elə. Fəridə də zəng edəndə mənə qızıllarımın taleyini Xəyaldan soruşmağı tövsiyə edirdi".
Təqsirləndirilən Fərid Abuzərli ifadəsində deyib ki, şikayət edib onu həbs etdirdiklərinə görə zərərçəkənlərdən aldığı əmanətlərin heç birini qaytarmayacaq.
Daha sonra məhkəmə iş üzrə prosesə gəlməyən zərərçəkənlərin məcburi gətirilməsi barədə qərar qəbul edib.
Növbəti iclas fevralın 23-nə təyin olunub.
Xatırladaq ki, cinayət işi üzrə 31 nəfər zərərçəkən qismində tanınıb. İttiham edilənlər vətəndaşlardan girov qismində götürdükləri qızıl-zinət əşyalarını və ödədikləri pulları mənimsəməkdə təqsirləndirilirlər.
Belə ki, metronun "Nizami" stansiyasının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Zərərçəkənlər bundan sonra polisə şikayət ediblər.
Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















