London 24 Suriya təşkilatına qarşı sanksiyaları ləğv edib
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Britaniya Suriya Mərkəzi Bankı və neft şirkətləri də daxil olmaqla, Suriyanın 24 qurumuna qarşı sanksiyaları ləğv edib.
Cümə axşamı qəbul edilən qərara onların aktivlərinin dondurulması da daxildir.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məqalədə qeyd edilib ki, Qərb ölkələri Yaxın Şərq dövlətinə “öz yanaşmalarını yenidən nəzərdən keçirirlər”.
Böyük Britaniya Xəzinədarlığının saytında yerləşdirilən sənədə əsasən , Al Furat, Deyr Ez-Zur, Mahrukat, Ebla, General Petroleum Corporation (GPC), Overseas Petroleum Trading, Syria Trading Oil Company (Sytrol) və digər neft şirkətləri, həmçinin səkkiz bank və Suriya Ərəb Hava Yolları aviaşirkəti siyahıdan çıxarılıb.
Mövsüm
Aznews.az

Britaniya Suriya Mərkəzi Bankı və neft şirkətlərinə qarşı sanksiyaları ləğv etdi
06 Mart 2025 17:04
Suriya BMTni birtərəfli sanksiyaları ləğv etməyə çağırıb
09 Yanvar 2025 00:16
Suriya Kəşfiyyat Təşkilatına yeni TƏYİNAT
26 Dekabr 2024 18:26
Suriya ABŞdan sanksiyaları tamamilə ləğv etməyi tələb edir
09 Yanvar 2025 17:58
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
20 Noyabr 2024 12:00
