Icma.az
close
up
RU
Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfrans keçirilir. Konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd xüsusən əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

Professor Kamran İmanov çıxışında müasir dünyada əqli mülkiyyətin əhəmiyyətinin və rolunun artmasına da diqqət çəkib. Qeyd edib ki, son 15 ildə əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıq böyüyüb: “Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb. Dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir. Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyon. ədədə yaxındır. 2021-ci ildə 2,41 milyon ədəd kitabdan Avropanın payı 53,5 faiz, Asiya 35,0 faiz, Şimali Amerika 8,8 faiz, Latın Amerika, Karib hövzəsi və Okeaniya – 2,7 faiz olub. Ən çox kitabların sayı Çin, Almaniya, ABŞ, Britaniya, Yaponiya və Koreya ölkələrindədir”.

Aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Günü olduğunu deyən Kamran İmanov müvafiq olaraq 1997-ci ildən və 2001-ci ildən bu əlamətdar günlərin ölkəmizdə qeyd olunduğunu bildirib. O, bu əlamətdar günlərin ikinci ildir ki, tam suverenliyini bərpa etmiş ölkəmizin hər bir guşəsində qeyd olunduğunu vurğulayıb.

“Aprel ayı isə bizim tərəfdən əqli mülkiyyət ayı elan edilib və bir sıra tədbirlər həyata keçirilir”, - deyən Kamran İmanov Agentliyin bu ay üç beynəlxalq tədbirdə fəal iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, aprelin 10-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququ Daimi Komitəsində Əqli Mülkiyyət Agentliyi “Süni intellekt və əqli mülkiyyət” təqdimatı ilə ölkəmizin bu sahədə atılmış addımlarla beynəlxalq cəmiyyəti tanış edib. Aprelin 14-də Agentlik ÜƏMT-nın IT-transformasiya böyük tədbirində iştirak edib. Aprelin 21-də Moskva şəhərində ənənəvi təşkil edilən məşhur “Аvtor/Author – 2025” beynəlxalq konfransda əsas məruzəçilər qismində “Melodiya, harmoniya və ritmlərin başında duran yaradıcılıqdır” geniş təqdimatla iştirak edib.

Çıxışında “Qutadqu-bilik”ə istinadla “səadətə aparan əqldir” fikrini qeyd edən professor Kamran İmanov vurğulayıb ki, 30 il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saatda şərəf və sevinc gətirən Ali Baş Komandan xalqımızın səadətini qurdu. Prezident İlham Əliyev sabahın memarı olaraq hər bir ötən günü gələcək naminə qura bilib. Azərbaycan dövləti qalib olmasına baxmayaraq, Ermənistan ilə sülh sazişi bağlamağın təşəbbüskarıdır.

Professor Kamran İmanov çıxışında Prezident İlham Əliyevin bu il aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda söylədiyi fikirlərdən bir neçəsinə diqqət çəkib:

-“Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi”.

-“Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir”.

-“…Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən”.

Daha sonra Kamran İmanov ermənilərin səmimiyyətdən uzaq olduqlarını, ikiüzlü davranışlarını və revanşizm istəklərini qeyd edərək bildirib: “Ötən ilin aprelində və sonra fikrini təkrarlayan Paşinyan parlamentdə çıxış edərək, qonşularla münasibətdə Ermənistanın keçmişini yenidən dərk etmək çağırışı edib və qeyd etdiyinə əsasən, “tarixi Ermənistan” və “real Ermənistan” bir-biri ilə ziddiyyətdə olduğuna görə, təhlükələr yaradır. Onun sözlərinə əsasən, dünyaya Van çarlığının mövqeyindən yox, bugünkü Ermənistan dövlətinin mövqeyindən baxılmalıdır, əks halda dövlətçiliyimizin qurulmasına zərər gətiriləcək.

Yaxud, bu yaxınlarda Gümrü şəhərində partiya soydaşları qarşısında aşağıdakı etirafla çıxış edib: “Tarixi Ermənistandan real Ermənistana keçməliyik, əks halda real Ermənistan tarixi Ermənistana çevrilə bilər”.

Lakin bunlar yalnız sözlər idi, hərəkətlər isə əksini göstərir. Paşinyanın dedikləri ilə əməli düz gəlmir: bir tərəfdən sərhəddə atəş açılır, digər tərəfdən sülh sazişinin perspektivindən danışır. Əgər bu etiraflar səmimidirsə, bəs real Ermənistan hansı səbəbdən sülh sazişinin dövlətimizin təbii olan şərtlərini həll etmir və sazişin bağlanmasını uzadır?”.

Professor Kamran İmanov deyib ki, dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin əlyazmalarının tapılması müşkül bir işdir: “2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa” kitabı çapdan çıxmışdı. Kitabın tərtibatçı kollektivinin rəhbəri milliyyətcə erməni olan professor Yuriy Petrosyan yazırdı ki, arxivdə qorunub saxlanan erməni əlyazmaları qismində orijinal nümunə yoxdur, əksəriyyəti - 80 faizə qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir”.

Agentliyin sədri bildirib ki, 9 ildir ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” devizi ilə keçirilən və hər il “və ya” sözləri ilə yeniləşən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur.

Daha sonra konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see159

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri