Icma.az
close
up
RU
Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təsəvvür edin, bir şənbə axşamı sakitcə evdə çay içirsiniz. Telefonunuz zəng çalır. Ekranda tanımadığınız nömrə. Cavab verirsiniz. Qarşı tərəfdəki özünü bank əməkdaşı kimi təqdim edir və kart məlumatlarınızın təhlükədə olduğunu bildirir. Təşvişə düşürsünüz. Qarşı tərəfdəki səs sakit və inandırıcı eşidilir. Dediklərini edirsiniz və bir neçə dəqiqə sonra bank kartınızda olan bütün məbləğ yox olur.

Son aylarda Azərbaycanda bu cür hadisələrin sayı artmaqdadır. Özlərini bank işçisi, hüquq-mühafizə orqanı əməkdaşı və ya texniki dəstəkçi kimi təqdim edən şəxslər vətəndaşların inamından sui-istifadə edərək onlara aid kart məlumatlarını ələ keçirir və hesablardakı vəsaitləri oğurlayırlar.

Dələduzluq halları xüsusilə “phishing” (yəni saxta linklərlə məlumat toplama) və sosial mühəndislik üsulları ilə həyata keçirilir. Onlar tez-tez insanlara saxta mesajlar göndərir, ya da mobil zənglər vasitəsilə onları çaşdıraraq kart nömrəsini, CVV kodunu, SMS-lə gələn təsdiq şifrəsini ələ keçirməyə çalışırlar.

Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, eləcə də vətəndaşların daha çox müştərisi olduğu banklar, həmçinin İKT mütəxəssisləri vətəndaşlara dəfələrlə xəbərdarlıq etsə də, dələduzluğun miqyası genişlənməkdə davam edir. Bu ilin ilk üç ayı ərzində 3000-dən çox vətəndaş bu cür saxtakarlığın qurbanı olub.

İKT üzrə mütəxəssis Elvin Abbasov Avtosfer.az-a bildirib ki, kiberdələduzlar artıq sadəcə zəng və mesaj göndərməklə kifayətlənmir. Onlar deepfake texnologiyası, fişinq saytları, səs klonlaşdırma, bot sistemləri və zərərli proqramlar kimi daha mürəkkəb alətlərdən istifadə edirlər:

“Xüsusilə fişinq – bank və dövlət qurumlarının adından göndərilən saxta saytlar vətəndaşların məlumatlarını ələ keçirmək üçün ən geniş yayılmış üsuldur. Fişinq hücumları insanlar üçün daha təhlükəlidir. Bu, onların şəxsi məlumatlarını ələ keçirməyə və kart məlumatlarına daxil olmağa imkan verir. İndi kiberdələduzlar bir neçə yeni metoddan istifadə edirlər ki, bunlar internet bankçılığı, SMS linkləri və ya saxta e-maillərlə insanları aldatmağa imkan verir”.

Kart məlumatları ilə bağlı yanlış inanc – Nə etməliyik?

Elvin Abbasov deyir ki, əhali arasında kart məlumatları ilə bağlı yanlış inanca sahib olanların sayı da kifayət qədərdir:

“Bir çox insan parolu demədiyi üçün kartının təhlükədə olmadığını düşünür. Lakin kartın 16 rəqəmli nömrəsi, CVV kodu və istifadə müddəti məlumatları (məsələn 10/29) əslində internet üzərindən ödənişlər üçün yetərlidir. Bu məlumatlar, həmçinin OTP kodu olmadan da ödəniş həyata keçirilməsinə imkan verir”.

Ekspert, vətəndaşların CVV kodunu, SMS vasitəsilə gələn OTP kodlarını, kartın üzərindəki məlumatları heç bir halda digər şəxslərlə paylaşmamalı olduqlarını qeyd edib:

“Banklardan gələn həqiqi zənglər zamanı yalnız kartın son 4 rəqəmi, vətəndaşın ad, soyad və ata adı, sonda isə doğum tarixi soruşulur. Çünki bu məlumatlar sayəsində bank əməkdaşı kartın sahibi ilə danışdığına əmin olur. Digər tərəfdən, banklar müştərilərinin kartına birbaşa müdaxiləni yox, yalnız müştərinin özünün hansısa əməliyyatları yerinə yetirməsini tələb edir. Üstəlik, hansısa bank təhlükəsizliklə bağlı məsələyə görə müştərisinə zəng etmir. Bankın tətbiqi vasitəsilə müştəriyə bildiriş göndərilir və bu bildirişdə şəxsə hansı əməliyyatları gerçəkləşdirdikdə problemin aradan qaldırılması qeyd edilir.

Şübhəli linklərə daxil olmaq, məxfi məlumatları paylaşmaq və şəxsi kart məlumatlarını vermək kiberdələduzların sizin hesabınıza daxil olmasına səbəb olacaq. Bunun qarşısını almaq üçün ən etibarlı yol məlumatlarınızı heç kimə verməmək və yalnız etibarlı internet platformalarından istifadə etməkdir”.

Ölkəmizdə bu istiqamətdə ən çox zərər görən banklardan biri məhz “Kapital Bank”dır. Bu bankın müştərilərinin sayı milyondan artıqdır. Həm pensiyaçılar, həm də bir çox şirkətlərin ödənişləri məhz “Kapital Bank” vasitəsilə həyata keçirilir. Bu baxımdan əksər fişinq hücumları da məhz bu banka təşkil edilir.

“Kapital Bank”ın mətbuat katibi Arzu Əliyeva saytımıza açıqlamasında müştəri məlumatlarının qorunması üçün ciddi təhlükəsizlik tədbirləri tətbiq edildiyini vurğulayıb:

“Kapital Bank-da ISO27001 təhlükəsizlik standartlarına uyğun 54 nəzarət mexanizmi, 7/24 fəaliyyət göstərən Kibermüdafiə mərkəzi və PCI DSS təhlükəsizlik standartı mövcuddur. Bu, müştərilərimizin məlumatlarının qorunmasına kömək edir. Biz müştərilərimizi etibarsız mobil tətbiqlərdən istifadə etməməyə, rəqəmsal platformalarda diqqətli olmağa, şəxsi məlumatları heç kimə verməməyə çağırırıq. CVV kodu, SMS kodu, fin kod kimi məlumatları kimlərəsə təqdim etmək olmaz. Həmçinin, bank adından yayılan qeyri-peşəkar videolar və reklamlar şübhəli olmalıdır”.

DİN Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov də vətəndaşları şübhəli zənglərə və təkliflərə qarşı diqqətli olmağa çağırıb:

“CVV/CVC kodları, OTP kodları, kart PIN kodu və digər məxfi məlumatlar yalnız kart sahibinin mülkiyyətində olmalıdır. Bu məlumatları heç kəsə verməyin. Şübhəli zənglərdən gələn cəlbedici qazanc və ya sığorta təkliflərinə qarşı ehtiyatlı olmaq lazımdır. Kart məlumatlarını naməlum şəxslərlə paylaşmaq təhlükə yaradır”.

Bəzən vətəndaşlar öz doğmalarına özlərinin kart məlumatlarını ötürməyə məcbur olurlar. Qarşı tərəfdəki qohum, yaxud tanış şəxs kart hesabımıza pul köçürərkən telefonda zəng vasitəsilə, yaxud mesaj vasitəsilə ona kartla bağlı məlumatlar lazım gələ bilir. Bu rəqəmləri həmin şəxslərə göndərərkən diqqətli olmaq lazımdır. Yanımızdan keçən, eyni masa ətrafında əyləşdiyimiz, ətrafımızdan kimlərsə yazdığımız mesajı görə, yaxud səsləndirdiyimiz rəqəmləri eşidə bilər. Buna görə də, bizim üçün özəl olan məlumatların açıq auditoriyalara çıxışına mane olmaq mütləqdir.

Son olaraq, vətəndaşlar kiberdələduzların müxtəlif üsullarından qorunmaq üçün diqqətli olmalı, şəxsi maliyyə məlumatlarını heç bir halda naməlum şəxslərlə paylaşmamalıdırlar. Dövlət və bank qurumları vətəndaşlara təhlükəsizlik barədə maarifləndirmə işlərini davam etdirir, lakin ən vacib məsələ fərdi təhlükəsizlik tədbirlərinə riayət etməkdir. Hər hansı şübhəli zənglər, mesajlar və linklərdən uzaq durmaq, yalnız etibarlı mənbələrdən ödənişləri həyata keçirmək, internetdə təhlükəsizliyinizi təmin edəcək ən effektiv yanaşmadır.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see425

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see222

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see212

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see188

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see152

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see143

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see140

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see139

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see137

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see132

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see131

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see130

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see127

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see126

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri