London klubu 16 yaşlı qazaxıstanlını rənglərinə bağlayır
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Kayrat"ın və Qazaxıstanın gənclərdən ibarət yığmasının mərkəzi hücumçusu Dastan Satpayev karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, londonlular 16 yaşlı futbolçunun transferi ilə bağlı "Kayrat"la razılığa gəliblər. Transferin gələn həftə reallaşacağı gözlənilir. Müqavilənin təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Satpayev "Çelsi"də baxışda olub.

London klubu 26 yaşlı yunanla maraqlanır
11 Aprel 2025 08:32
Naomi Kempbell London moda həftəsini bağlayır
27 Fevral 2025 00:56
Fənərbaxça Beşiktaşla çempion olmuş hücumçunu rənglərinə bağlayır
05 Yanvar 2025 10:32
London klubu apellyasiya verdi
23 Noyabr 2024 10:05
London klubu transferi rəsmən açıqladı
09 Fevral 2025 12:35

