Icma.az
close
up
RU
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyi icra etdiyi “Tələbələrin sosiallaşması problemlərinin araşdırılması: mövcud reallıqlar və problemlər” adlı layihə çərçivəsində tədbir təşkil edib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.  

“Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin sədri və layihənin rəhbəri Mütəllim Rəhimov tədbiri açaraq layihənin məqsədi barədə məlumat verib. Onun bildirdiyinə görə, layihənin məqsədi universitetlərdə təhsil alan tələbələrin sosiallaşmasına təsir edən problemləri aşkarlamaq və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. M.Rəhimov deyib ki, ölkəmizin iqtisadiyyatında, siyasətində və vətəndaşlarının sosial həyatında baş verən əsaslı dəyişikliklərlə əlaqədar olaraq tələbələrin  sosiallaşması məsələsi getdikcə aktuallaşır. Çünki şəxsiyyət açıq, dəyişən bir sistemdir. 

İctimai Birliyin sədri qeyd edib ki, tələbələrin sosiallaşması xüsusi əhəmiyyət kəsb edir, çünki müasir insan sosial təzyiqə uyğunlaşmağa, daxili və xarici dəyərləri balanslaşdırmağa çalışır. 

Layihənin eksperti, dosent Günay Hüseyn çıxış edərək bildirib ki, tələbələr Azərbaycan gənclərinin əhəmiyyətli bir alt qrupunu təmsil edir. Azərbaycan tələbə-gənclərinin sosiallaşma trayektoriyaları daim dəyişikliklərə məruz qalır. Bu trayektoriyalar azərbaycanlıların tarixi, sosial və milli köklərinin ifadəsi kimi daxili birlik potensialını saxlamaqla yanaşı, yeni xüsusiyyətlər qazanır.

Ekspert çıxışı zamanı diqqəti tələbə adını qazanmış gəncin şəxsi inkişafında univerisitetin etibarlı dayağa çevrilməli olduğuna yönəldib. O deyib ki, burada tələbə mədəniyyətlə digər fərdlərin kollektiv təcrübəsi kimi tanış olur və bir fərd kimi özünü öyrənir. Universitet tələbənin özünü həyata hazırlaması üçün mənalar və şəxsi inkişaf yollarının axtarışı sahəsinə çevrilir. Ali təhsilin dəyişdirici gücü ondan ibarətdir ki, universitet tələbəyə onun özü və ətrafındakı dünya haqqında təsəvvürünü dəyişdirən biliklər verir. Amma tələbə maraqlanmalı, seçdiyi təhsil sahəsində öyrənməyə cəlb edilməli, universitetdə təhsil almağı dəyərli təhsil təcrübəsi kimi qəbul etməlidir. Əks halda, şəxsi transformasiya baş verə bilməz. 

“Aparılan araşdırma və edilən təhlil nəticəsində Azərbaycan universitetlərində tələbələrin sosiallaşmasının zəif tərəfləri göstərilir. Bununla bağlı müvafiq tövsiyyə və təkliflər hazırlanmaqdadır” – ekspert G.Hüseyn çıxışı zamanı qeyd edib.

“İqtisadiyyat” kafedrasının müdiri, dosent Vüsalə Nağıyeva təhsilin tələbəyə qazandırdığı bacarıq və dəyərlərdən bəhs edib. O deyib ki, müasir informasiya texnologiyalarından istifadə bacarıqları kimi biliklərə malik olmaq hələ tələbələrin doğru-düzgün sosiallaşması demək deyil.

“Biznes və Menecment” kafedrasının müdiri, dosent Mətanət Qurbanova isə qeyd edib ki, əgər əvvəllər təhsil almayanları sosiallaşma prosesində gərginlik və çətinlik yaşayan kimi xarakterizə etmək mümkün idisə, indi ali təhsilli şəxslərin sosiallaşması və ya asosiallığı haqqında fikir irəli sürmək mümkündür. 

“Humanitar fənlər və regionşünaslıq” kafedrasının müəllimi Reşad Əbilzadə, sosioloq Nəzrin Bayramzadə, psixoloq Yaqut Ağasıyeva sosiallaşmanın ali təhsilə gətirə biləcəyi kəmiyyət və keyfiyyət dəyişkənlikləri, üstünlükləri, prosesə qoşulmamağın doğuracağı acı nəticələr və s. haqqında danışıblar. 

Daha sonra müzakirələr davam edib və tələbələr də müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri