Icma.az
close
up
RU
Londonda yaşayan azərbaycanlı skripkaçı: Xarici tamaşaçılar bizim musiqiyə böyük maraq göstərirlər AZƏRTAC

Londonda yaşayan azərbaycanlı skripkaçı: Xarici tamaşaçılar bizim musiqiyə böyük maraq göstərirlər AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

London, 18 dekabr, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı və Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Ceyla Seyidova artıq bir ildir ki, Britaniyada yaşayır və musiqi karyerasını burada davam etdirir.

Ceyla Seyidova Londondakı karyerası, gördüyü işlər və COP29-un açılış mərasimində çıxışı barədə AZƏRTAC-ın London bürosuna müsahibə verib.

Ceyla Seyidova musiqiçi ailəsində dünyaya gəlib və uşaqlıqdan musiqi ilə əhatə olunub: “Anam həmişə istəyirdi ki, mən pianoçu olum. Mənim qardaşım da skripka ifaçısıdır. Skripkanın səsi mənim ürəyimə daha yaxın idi və mən həmişə deyirdim ki, skripkada ifa etmək istəyirəm. 6 yaşımda Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil oldum. Məktəbdə Prezident təqaüdçülərinin şəkillərini gördüm. Özümə söz verdim ki, onların arasında olacağam. İlk çıxışım 7 yaşımda Azərbaycan Dövlət Filarmoniyasında oldu və o andan səhnəni sevdiyimi anladım”.

O, 9 yaşında İtaliyada keçirilən beynəlxalq müsabiqədə qalib olub. Bu gün Londonda fəaliyyət göstərən sənətçi müxtəlif layihələrdə işitrak edir və solo konsert proqramları ilə çıxış edir. Ceyla Seyidova qeyd edir ki, Britaniya klassik musiqinin beşiyidir və burada çıxış etmək böyük məsuliyyətdir: “Londonda özünü tanıtmaq asan deyil, burada çox sayda istedadlı ifaçı var. Bu rəqabət mühitində Azərbaycan musiqisini tanıtmaq üçün üzərimdə çox çalışıram”,- deyə o bildirib.

Müsahibimiz Azərbaycanın zəngin musqi irsini dünyada tanıtmağı öz missiyası hesab edir: “Azərbaycan bəstəkarlarının əsərləri çox zəngindir. Xarici tamaşaçılar bizim musiqiyə böyük maraq göstərirlər. Mənə yaxınlaşıb bu əsərlərin fərqli ritmlərinin və melodiyalarının onlara necə təsir etdiyini deyirlər. Hətta bəzi tamaşaçılar məndən notları da istəyirlər. Belə məqamlarda çox xoşbəxt oluram, çünki musiqimizin sevilməsi mənim üçün böyük qürurdur”.

Skripkaçı, həmçinin il ərzində Fransada və Niderlandda konsert proqramları ilə çıxış edib, Londonda müxtəlif tədbirlərdə və muzeylərdə Azərbaycan musiqisini təbliğ edib. Ötən il Azərbaycanın Londondakı səfirliyində də onun konserti təşkil olunub.

Ceyla Seyidovanın çıxışlarından biri də bu yaxınlarda böyük beynəlxalq tədbir olan COP29-un Liderlər Sammitinin açılış mərasimində baş tutub. O, dünya liderlərinin qarşısında Azərbaycan musiqisini ifa edib: “Bu, mənim üçün həm böyük məsuliyyət, həm də qürur anı idi. Azərbaycanın musiqisini belə nüfuzlu səhnədə təqdim etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır”.

Sonda sənətçi gənc musiqiçilərlə bağlı tövsiyələrini bölüşüb: “Uğur qazanmaq üçün insan öz üzərində çox çalışmalı və peşəsini sevərək seçməlidir. Xaricdə təhsil alan və çalışan gənclərə uğurlar arzulayıram. İnanıram ki, onlar Azərbaycanı layiqincə təmsil edəcək və bayrağımızı hər zaman uca tutacaqlar”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri