Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 9 iyun, AZƏRTAC
Londonda yerləşən hökumət binasında gizli kamera aşkar edilib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, elektron cihaz son iki ay ərzində Vestminsterdə yerləşən binanın tavan panelində tapılıb. Bildirilir ki, hadisə barədə təhlükəsizlik xidmətlərinə məlumat verilib və məsələ araşdırılır.
Məlumata əsasən, cihaz nazirlərin iş otaqlarında deyil, binanın ümumi istifadə olunan hissələrindən birində aşkarlanıb. “Marsham Street” kompleksində yerləşən bina ölkənin polis və milli təhlükəsizlik siyasətinə cavabdeh olan Daxili İşlər Nazirliyinə, eləcə də Londonda inşa edilməsi planlaşdırılan yeni Çin səfirliyi ilə bağlı qərarlar qəbul edən Mənzil, İcmalar və Yerli İdarəetmə Nazirliyinə ev sahibliyi edir.
Qeyd olunub ki, cihazın kim tərəfindən yerləşdirildiyi məlum deyil. Eyni zamanda, hadisə ilə bağlı Rusiya və ya Çin agentlərinin əlaqəli olmasına dair hər hansı məlumatın olmadığı vurğulanır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 09 İyun 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















